Daha bir qazi canına qəsd etdi

"Xəzər rayon sakini, 44 günlük Qarabağ-Vətən müharibəsi iştirakçısı, Qazi Hüseynzadə Elçin Xalid oğlu əlilliyini ala bilmədiyi və süründürməçiliyə məruz qaldığı üçün özünü intihar edərək öldürüb.
Deyilənə görə bununla bağlı cibindən məktub tapılıb, prokurorluğa verilib.
İdmançı idi, çalışırdı ki, mütəmadi idmanla məşğul olsun, amma kontuziya almışdı deyə sağlamlığında yaranmış problemlər və maddi sıxıntı imkan vermirdi. Kontuziya almağına baxmayaraq bir adamın qəlbinə dəyməzdi, incitməzdi, demək içində çəkirmiş..
Müharibədən sağ adam qayıtmır. Aydiyatı qrumlar, hökumət nümayəndələri bunu bir dəfəlik anlayın. Süründürməçiliyə son verin. Qaziləri incitməkdən əl çəkin. Aldığımız travmalar nəticəsində 5-10 il yaşayaq-yaşamayaq. Vicdanınız olsun, qatilimiz olmayın.
Əziz qardaş, ruhuna sayğılar. Heyif səndən..."
 
Ayaz Qasımov
Qarabağ qazisi