“Ciddə görüşü Fələstin xalqı qarşısında öz məsuliyyətini yerinə yetirməlidir”

Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nahlə bildirib ki, Ciddə toplantısı Fələstin məsələsi və Fələstin xalqının iztirabları qarşısında öz məsuliyyətini yerinə yetirməlidir.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ziyad Nahlə Hizbullah hərəkatı və Seyid Həsən Nəsrullahın mövqeyini təqdir edib və bu açıqlamaları verib:

"Müqavimət qruplarının ümumi otağının olması və döyüşə hazır olması işğalçıların son hücumlarının azalmasında mühüm amil idi."

Fələstin İslami Cihad Hərəkatının baş katibi millətin və müqavimət qruplarının birliyinə diqqət çəkərək deyib:

“Millət və müqavimət qruplarının birliyi son dərəcə vacibdir və biz onu qorumalı və gücləndirməliyik.