Ceyhun Balaşovu psixi xəstə olaraq təqdim etmək cəhdi

İyulun 19-da Kürdəxana Təcridxanasında fiziki işgəncəyə məruz qalaraq müalicə mərkəzinə köçürülən Ceyhun Balaşovun ailəsi onunla görüşmək üçün Pentesiar Xidmətin Müalicə Mərkəzə gəlib. Mərkəzin rəhbər işçiləri, müalicə həkimləri ilə görüşən ailəyə bildiriblər ki, Ceyhun müalicə alır və səhhətində irəliləyişlər var.

Mərkəz rəsmləri bildiriblər ki, o həkim müayinəsi altındadır. Həkimlər onun sağlamlığı üçün əlindən gələni etdiklərini bildirərək hal-hazırda Ceyhunun özünü yaxşı hiss etdiyini ailə üzvlərinə çatdırıblar. Ailəsi mərkəzdə Ceyhunla görüşə bilməyib. Buna səbəb isə iki gün öncə, iyulun 15-də oğlu Arif Balaşovun atası ilə görüşməsini bildirən müəsisə rəhbərliyi görüşün yalnız həftədə bir dəfə mümkün olduğunu söyləyib.

Bundan sonra müəsisə rəhbərliyi yazılı sənəd hazırlayaraq Ceyhun Balaşovun həyat yoldaşından bu sənədin imzalamasını istəyib. Onlar bunu Ceyhun Balaşovun səhhəti ilə bağlı ailəsinə lazımı məlumat verilməklə bütün bunların rəsmi sənəd üzərindən həyata keçirdiklərini söyləyiblər. Həyat yoldaşı sənədi oxuduğu zaman burada güya Ceyhun Balaşovun psixoloji xəstəlikdən əziyyət çəkdiyini, ailəsinin də bundan öncə də onun belə bir xəstəliklə bağlı problemlərinin qeyd olunduğunu görüb. Şübhəsiz xanımı belə bir sənədin imzalamaqdan imtina edib və bir daha müəsisə rəhbərliyinə Ceyhunun vəziyyəti ilə bağlı işgəncə faktının araşdırılması üçün bütün imkanlardan istifadə edəcəyini söyləyib.

Bundan sonra ailə Kürdəxana Təcridxanasında, Ceyhun Balaşovun işgəncəyə məruz qaldığı yerdə olub. Burada qəbul günü olmadığından rəhbərlik xanımla yalnız telefonla əlaqə saxlayıb. Ailə, təcridxana rəhbərliyinə məsələnin ciddi araşdırılmasını və bu cinayət işində müqəssirlərin tez bir zamanda cəzalanmasını tələb edib.

Xatırladaq ki, iyulun 9-da Kürdəxana Təcridxanasında işgəcələr görən inanclı fəal Ceyhun Balaşovun vəziyyətində ağırlaşmalar səbəbindən iyulun 14-də o, Müalicə Mərkəzinə köçürülüb. Bir gün sonra oğlu ilə qısa görüşü baş tutan Ceyhunun acınacaqlı vəziyyəti barəsində oğlu, Arif Balaşov məlumat verib.  

Müsəlman Birliyi Hərəkatının üzvü Ceyhun Balaşov ölkədə anti Aşura layihəsi çərçivəsində sayı mini ötdüyü deyilən inanclılardan biridir və o fevralın 2-də saxlanılıb.