Cəbhəçi keçmiş siyasi məhbus vəfat etdi

AXCP üzvü Elnur Fərəcov xərçəng xəstəliyindən vəfat edib.

Bir müddət əvvəl o saxta ittihamla həbs olunmuşdu. Həbsxanada xərçəng xəstəliyi baş qaldırmasına baxmayaraq, sonralar bəlli olduğu kimi yanlış diaqnozla müalicə olunmağı vəziyyətinin daha sürətlə pisləşməsinə səbəb olmuşdu.Yalnız bu yaxınlarda faktiki ümidsiz vəziyyətdə olduğu vaxtda həbsdən azad edilib.
Bu gün isə Elnur Fərəcov dünyadan köçüb.

azadliq.info