Azərbaycan şahmatçısı Xaqan Əhməd gənclər arasında dünya çempionatında gümüş medal qazanıb
Azərbaycan şahmatçısı Xaqan Əhməd Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.
Bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
O, son turda Paraqvay təmsilçisi Xuan Sebastian Melianla heç-heçə edib.
11 turdan sonra 8,5 xal toplayan 15 yaşlı Xaqan Əhməd yarışın gümüş mükafatına sahib çıxıb.













