03 November 2026

Əli Kərimli və Məmməd İbrahimin məhkəmə iclası baş tutub

Bu gün AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü, Ali Məclisin katibi Məmməd İbrahimin məhkəmə prosesi başlanıb. Proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.

Ə.Kərimli və M.İbrahimə qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Gözlənildiyi kimi, məhkəməni sırf siyasi səbəblərlə və sifarişlə qapalı keçirilməyə qərar verilib.

Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib

ABŞ İsrailə illik 4 milyard dollarlıq hərbi yardımı dayandıracaq.

Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a açıqlamasında deyib.

Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu ilə bu barədə razılığa gəlib.

“Biz bir neçə ay əvvəl razılaşdıq və onlar (israillilər) bununla razıdırlar. Çünki İsrail uğurlu bir ölkədir. Onlara yardım lazım deyil və daha onlara kömək etməyəcəyik”, - Tramp bildirib.

Ənsarullah İraq hava məkanından İrana qarşı istifadə etməmək barədə xəbərdarlıq edib

ASNIM Xəbər Agentliyi bildirib ki, son 24 saat ərzində İraqda əsas siyasi və diplomatik gündəm ABŞ-ın Həşdu-Şabi qanununa etirazı, müqavimət qruplarının İraq hava məkanından İrana qarşı hücumlar üçün istifadə etməmək barədə xəbərdarlığı və Baş nazir Əli Zeydinin Küveyt və Bəhreynə səfərlərindən ibarət olub.

Rusiyanın Ukraynanın Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb

Ukraynanın Zaporojye vilayətinin Komışuvaxa qəsəbəsinə Rusiya aviazərbələri nəticəsində azı 31 nəfər ölüb, 5 nəfər yaralanıb, təxminən 50 nəfər itkin düşüb.

“Ukrinform”xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsini icra edən Mixail Semikin bildirib.

Umbakı həbsxanasında 10-a yaxın məhbus aclıq aksiyasını davam etdirir

“Toplum TV işi” üzrə 12 il müddətinə azadlıqdan məhrum edilən jurnalist Fərid İsmayılov Umbakı Penitensiar Müəssisəsində bir qrup inanclı məhbusun aclıq aksiyasına başladığını bildirib.

Onun sözlərinə görə, məhbuslar hicablı şagird və müəllimlərin məktəblərə buraxılmamasına etiraz edirlər.

Fərid İsmayılov bildirib ki, 10-a yaxın məhbus aclıq aksiyasını davam etdirir.

Türkiyədə qiymətlər 30 faizə yaxın bahalaşıb

Türkiyədə oktyabr ayının yekunlarına görə illik inflyasiya, demək olar ki, dəyişməyərək 29,77 faiz təşkil edib (sentyabr ayındakı 29,73 faizlə müqayisədə).

Bu barədə Türkiyə Statistika İnstitutunun (TÜİK) mətbuat xidməti məlumat yayıb.

Ötən ay istehlak qiymətləri 2,58 faiz artıb. Sentyabrda bu göstərici 1,84 faiz təşkil edib. İlin əvvəlindən qiymətlər 27,52 faiz, son 12 ayın orta göstəricisi üzrə isə 31,23 faiz yüksəlib.

İran bir gecədə 3 ABŞ dronunu məhv edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının şərqində ABŞ-a məxsus MQ-9 kəşfiyyat və hücum pilotsuz təyyarəsini ələ keçirərək məhv etdiyini açıqlayıb.

Məlumatı Fars xəbər agentliyi yayıb.

SEPAH bildirib ki, pilotsuz təyyarə yeni, qabaqcıl aerokosmik müdafiə sistemindən istifadə edilərək vurulub.

Bu, İran tərəfindən məhv edilən 55-ci ABŞ MQ-9 pilotsuz təyyarəsidir.

Şərqin mənəvi diplomatiyası: Bibiheybət ziyarətgahı

Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin qovuşduğu unikal məkandır. Paytaxt Bakının cənub darvazasında, Xəzər dənizinin sahilində yerləşən Bibiheybət məscid-ziyarətgah kompleksi isə təkcə yerli dindarlar üçün deyil, ölkəmizə rəsmi səfər edən xarici dövlət və din xadimləri üçün də mənəvi baxımdan ən mühüm dayanacaq nöqtələrindən birinə çevrilmişdir.

Eisenkot Netanyahunun hökumətinə qoşulmaqdan imtina etdi

İsrailin ən güclü müxalifət partiyası olan Yaşarın lideri Qadi Eisenkot, ABŞ prezidenti Donald Trampın tələb etməsinə baxmayaraq, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətə qoşulmayacağını bildirdiyi bildirilir.

İsrailin televiziya kanalı olan KAN-ın məlumatına görə, Eisenkot qapalı qapılar arxasında keçirilən görüşlərdə yaxın ətrafına Netanyahunun rəhbərlik etdiyi hökumətə qoşulmaqdan imtina edəcəyini bildirib.

İsrailin Qəzzaya hücumları nəticəsində bir gündə 15 nəfər həlak olub

İsrail ordusunun noyabrın 2-də Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 15 nəfər həlak olub, daha 38 nəfər yaralanıb.

Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Xan Yunis şəhəri və ətrafındakı məcburi köçkün düşərgələrinin atəşə tutulması nəticəsində həlak olan 11 nəfərin meyiti xəstəxanalara çatdırılıb. Daha 4 nəfər isə Qəzza şəhərinin cənub-qərbində yerləşən Hey Zeytun məhəlləsində İsrail qüvvələrinin atəşi nəticəsində ölüb.

“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib.

Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb.