Mirtofiq Hüseynova cinayət işi açılıb
İki gün öncə yaşadığı evin yaxınlığında bir neçə mülki geyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılan Mirtofiq Hüseynov barədə ailəsi məlumat əldə edə bilib.
Məlumata görə, Mirtofiq Hüseynov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və oktyabrın 6-da Nərimanov Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.













