05 October 2026

Mirtofiq Hüseynov saxlanılıb

Bu gün, 5 oktyabr, günorta saatlarında keçmiş siyasi məhbus Mirtofiq Hüseynov saxlanılıb.

Məlumata görə, Mirtofiq Hüseynov Binədə, yaşadığı evin yaxınlığında yerləşən mağazanın qarşısından bir neçə mülki geyimli şəxs tərəfindən naməlum istiqamətə aparılıb. Həmin şəxslərdən birinin mağazanın müşahidə kamerasını sökərək ərazidən uzaqlaşdığı bildirilir.

Böyük Britaniyanın Yaşıllar Partiyası "Sionizm irqçilikdir" mövqeyini təsdiqləyib

İsrail, partiya üzvlərinin Sionizmi "irqçilik" kimi müəyyən edən qərarı qəbul etməsindən sonra Böyük Britaniyanın Yaşıllar Partiyasının lideri Zak Polanskinin ölkəyə girişinə qadağa qoyub. Böyük Britaniyadakı yəhudi təşkilatları bu qərarın antisemitizmi gücləndirdiyini iddia etsələr də, hakim Leyboristlər Partiyası və Mühafizəkarlar da səsverməni tənqid ediblər.

Pakistanda İmran Xan etirazları: Minlərlə insan paytaxta doğru yürüş edib

Pakistanda təxminən 5000 nəfər, 2023-cü ildən bəri həbsdə olan keçmiş Baş nazir İmran Xanın azad edilməsini və xəstəxanaya köçürülməsini tələb edərək paytaxt İslamabada doğru yola düşüb. Paytaxta giriş nöqtələrində barrikadalar qurulub.

Pakistanda təxminən 5000 etirazçı, həbsdə olan keçmiş Baş nazir İmran Xanın azad edilməsini tələb edərək karvan şəklində paytaxt İslamabada yola düşüb.

Rusiya ordusu Xarkovu bombalayıb: 3 nəfər ölüb, 25 yaralı var

Xarkovda Rusiya ordusunun aviazərbələri nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bu barədə Xarkov meri İqor Terexov məlumat verib.

Məlumata görə, bu gün Rusiya ordusu Xarkovun Sloboda rayonuna aviazərbələr endirib. Zərbələr nəticəsində anbar sahələrində yanğın baş verib, bir neçə yaşayış binasına ziyan dəyib.

Terexovun sözlərinə görə, binalardan birinin dağıntıları altında insanların qala biləcəyi ehtimal olunur.

İmam Hüseyn (ə) Ziyarətgahının Sibteyn Tibb Universiteti

İraqın Kərbəla şəhərində İmam Hüseyn (ə) Ziyarətgahının təşəbbüsü və maliyyə dəstəyi ilə inşa edilən Sibteyn (ə) Tibb Elmləri Universiteti beynəlxalq standartlara cavab verən akademik mərkəz kimi fəaliyyətini davam etdirir.

Ölkənin ilk rəsmi beynəlxalq akademik filialı statusunu daşıyan ali təhsil müəssisəsi İraq Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin rəsmi lisenziyası əsasında fəaliyyət göstərir.

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir.

Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir.

İsrail televiziyası: “Flydubai”ın pilotu təyyarəni hava limanının terminalına çırpmağı planlaşdırıb

“Flydubai” reysinin ikinci pilotu dindirmə zamanı Təl-Əvivə uçaraq ələ keçirdiyi təyyarəni Ben-Qurion hava limanının terminalına çırpmağı və bununla faciə törətməyi planlaşdırdığını bildirib.

Bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, o, İsrailə adi qaydada eniş etməyi, son saniyələrdə isə təyyarənin istiqamətini dəyişərək terminala çırpmağı planlaşdırıb.

Portuqaliya millisi Norveçi üstələdi

UEFA Millətlər Liqasının IV turunda Portuqaliya Norveç üzərində qələbə qazanıb, Danimarka isə Uelsi məğlub edib.

Portuqaliya doğma meydanda Norveç yığmasını 2:1 hesabı ilə üstələyib.

Portuda keçirilən qarşılaşmada hesabı 36-cı dəqiqədə Norveçin müdafiəçisi Kristoffer Ayer açıb. Cəmi iki dəqiqə sonra Joau Kanselu hesabı bərabərləşdirib. Portuqaliya 79-cu dəqiqədə Qonsalu Ramuşun qolu ilə hesabda önə keçib.

Hizbullah: Sionistlərə qarşı müharibədə tərəddüd etməyəcəyik

Hizbullahın yüksək rütbəli rəsmisi vurğulayıb ki, Livan sionist işğalçıların çirkabından tam təmizlənənə qədər mübarizəni və müharibəni davam etdirəcəklər.

Hizbullahın İcraiyyə Şurasının rəhbəri Şeyx Əli Damuş bəyan edib ki, Livan sionist işğalçılardan tam azad olunana qədər onlara qarşı mübarizəni və savaşı davam etdirəcəklər.

Qəzzada 800 müəllim həyatını itirib

İsrailin 2023-cü ilin oktyabr ayından bəri Qəzzaya və Qərb Şəriyəyə hücumları insan tələfatı ilə nəticələnməkdə davam edir.

Fələstin Təhsil Nazirliyi ölən və yaralanan müəllimlərin sayını açıqlayıb.

Nazirlik 5 oktyabr Dünya Müəllimlər Günü münasibətilə yayımladığı yazılı açıqlamada İsrailin Qəzza zolağı və Qərb sahilində təhsil və təhsil işçilərinə qarşı törətdiyi və ciddi itkilərlə nəticələnən qanun pozuntularına diqqət çəkib.

İraq və Türkiyə Ceyhan vasitəsilə neft ixracının artırılmasını müzakirə edib

İraq və Türkiyə Ceyhan limanı üzərindən həyata keçirilən neft ixracının həcminin artırılması imkanlarını müzakirə ediblər.

Bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın neft naziri Bəsim Məhəmməd Xudeyr əl-Abbadi Türkiyəyə səfəri zamanı türkiyəli həmkarı, energetika naziri Alparslan Bayraktarla görüş keçirib.

İsrail ordusu Suriyanın cənubunda bir nəfəri öldürüb

İsrail ordusu Suriyanın cənubunda işğal altında saxladığı ərazidəki hərbi mövqeyə sızmağa çalışdığını iddia etdiyi bir nəfəri öldürüb.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs İsrail ordusunun mövqeyinə daxil olmağa çalışarkən aşkar edilib və atəş açılaraq öldürülüb. İsrail tərəfi hərbçiləri arasında ölən və ya yaralananın olmadığını açıqlayıb.