04 October 2026

İranda Trampı hədəf alan reklam lövhəsi: Ankaradakı gizli təyyarə dəyişdirmə planına işarə

Tehran küçələrini bəzəyən nəhəng reklam lövhələri ABŞ Prezidenti Trampı hədəf alır; dizaynlardan biri Türkiyədə keçirilən NATO sammitindən sonra təhlükəsizlik məqsədilə onun təyyarəsinin dəyişdirilməsi barədə gizli plana dair iddialara işarə edir.

İsraildə ərəb partiyalarının seçkidə iştirakına icazə verildi

İsrail Ali Məhkəməsi oktyabrın 27-də keçiriləcək parlament seçkisində ərəb partiyalarının iştirakına qoyulan qadağanı yekdilliklə ləğv edib.

Qərar İsrail Mərkəzi Seçki Komissiyasının dörd ərəb partiyasının seçkidən kənarlaşdırılması barədə qərarından sonra qəbul edilib.

Qadağa Mansur Abbasın rəhbərlik etdiyi RAAM partiyasına, həmçinin HƏDƏŞ, TƏƏL və BƏLƏD partiyalarının daxil olduğu "Vahid Ərəb Siyahısı" koalisiyasına şamil olunurdu.

Vilayəti: Kənardan gətirilən təhlükəsizlik regionu qoruya bilməz

İnqilab Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti regionda "kənardan gətirilən təhlükəsizlik" axtarışını və İsraillə qurulan əlaqələri tənqid edib.

İnqilab Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Birləşmiş Ərəb Əmirliklərinin Hörmüz boğazındakı üç strateji ada üzərində suverenlik iddialarını qətiyyətlə rədd edib.

Vilayəti regionda "kənardan gətirilən təhlükəsizlik" axtarışını və İsraillə qurulan əlaqələri sərt şəkildə tənqid edib.

Azərbaycan və İran XİN rəhbərləri arasında danışıq olub

Azərbaycan və İran XİN rəhbərləri münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı aparılıb.

Yəmən ordusu husilərə zərbə endirib, 700 nəfər öldürülüb

Yəmən ordusu husilərin mövqelərinə və hərəkət marşrutlarına 257 dəqiq zərbə endirdiyini açıqlayıb.

Ordunun məlumatına görə, əməliyyatlar zamanı azı 700 husi öldürülüb. Zərbələr Səna, Midi, Baqim, həmçinin Əl-Cəvf, Marib, Əl-Beyda və Lahicdəki mövqeləri əhatə edib. Ən şiddətli döyüşlər Taiz ətrafında gedib.

Gürcüstandakı dörd alman fondu fəaliyyətini dayandırıb

Almaniyanın Gürcüstandakı səfiri Barbara Posse ölkədə fəaliyyət göstərən dörd Almaniya siyasi fondunun fəaliyyətini müvəqqəti dayandırmağa məcbur olduğunu bildirib.

“Azadlıq Radiosu”nun məlumatına görə, söhbət uzun illərdir Gürcüstanda fəaliyyət göstərən Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll və Fridrix Ebert fondlarından gedir.

Bir neçə gündür saxlanılan inanclıdan ailəsi heç bir xəbər ala bilmir

Lənkəran sakini saxlanıldığı bildirilir. Qəmbərov Təhmasib Tahir oğlu 3 gün öncə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Məlumatı ailəsi yayıb. İnanclının hansı səbəbdən saxlanılması haqda məlumat verilmir. Təhmasib saxlanılan andan ailəsi ilə heç bir əlaqə qurmadığından ailə onun vəziyyəti ilə bağlı narahatdır.

İsrail Ordusu Livanda yeni bölgəyə hücum edib

İsrail ordusunun xüsusi təyinatlı qüvvələri şənbə günü Livanın cənubundakı Zutar əl-Şərqiyyə şəhərinə daxil olub və bir neçə məhəllədə təmizlik işləri aparıb.

Məlumatı “Al-Markaziya” agentliyi yayıb. Bildirilir ki, əməliyyat 24 saat davam edib. İsrail qoşunlarının qrupları şəhərin küçələrində piyada və zirehli maşınlarla hərəkət edib. İsrail qüvvələri ətraf ərazidə görülüb və onlar ərazini helikopter dəstəyi ilə mühasirəyə alıblar.

Husilər Ər-Riyadda “Saudi Aramco” obyektlərinə zərbələr endirib

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Saudi Aramco” şirkətinin obyektlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini bildiriblər.

“Al Masirah” telekanalının məlumatına görə, bunu husilərin hərbi nümayəndəsi Yəhya Səri bildirib.