23 June 2026

"Kərimə dövləti" qurmağa cəhddə ittiham olunan inanclı fəal aclıq edir

Həbsdə olan inanclı fəal İlkin Bağırovun aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə jurnalist Arzu Abdulla iyunun 23-də məhbusun ailə üzvlərinə istinadən məlumat yayıb.

İ.Bağırovun üç gündür aclıq etdiyi və qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülmə qərarına etiraz etdiyi deyilir.

Gürcüstanda Poniçala (Soğanlıq) qəsəbəsində Tasua yürüşü baş tutub

Paytaxt Tbilisiyə yaxın Poniçala (Soğanlıq) qəsəbəsində Məhərrəm ayının 8-ci günü ilə əlaqədar Tasua yürüşü keçirilib.

Yerli əhali və ətraf yerlərdən qatılan müsəlmanların iştirakı ilə mərasim baş tutub.

Poniçalada yerləşən Əhli-Beyt (ə) məscidinin önünə toplanaraq yürüyüşə başlayan müsəlmanlar, "Ya Hüseyn, Ya Əbəlfəz, Ya Zeynəb" şüarları səsləndirərək mərsiyyə sədaları altında qəsəbənin mərkəzinə doğru yürüş ediblər.

İsrailin Suriyaya qarşı sərhəd pozuntuları davam edir

İsrail qüvvələri Suriyanın cənubundakı Dəraa əyalətinin qərb kəndindəki "Əl-Əriza" ərazisinə daxil olub. Mənbələr sionistlər tərəfindən həyata keçirilən bu sərhəd pozuntusu ilə bağlı heç bir məlumat paylaşmayıb.

Suriyanın "Quneytra" bölgəsində sionist hərbi fəaliyyəti Suriyanın yerli mənbələri də aşağıdakıları bildirib: İşğalçı İsrail rejiminə məxsus 4 zirehli maşın Quneytranın cənub kəndindəki "Ayn Zivan" kəndinə daxil olaraq ərazidə axtarış və kəşfiyyat fəaliyyətləri aparıb.

Kərbəla, Məhərrəm ayını milyonlarla zəvvarla qarşılayır

Məhərrəm ayının ilk günlərindən etibarən müqəddəs Kərbəla şəhəri milyonlarla zəvvarın üz tutduğu mühüm dini mərkəzə çevrilib. Dünyanın müxtəlif ölkələrindən gələn insanlar İmam Hüseynin (ə) şəhadətini yad etmək, onun təbliğ etdiyi ədalət, fədakarlıq və haqq uğrunda mübarizə dəyərlərini anmaq üçün bu şəhərdə toplaşırlar.

Norveç - Seneqal matçında 5 qol vuruldu

Futbol üzrə dünya çempionatında ikinci turun oyunları keçirilir.

I qrupunun ikinci turunda Norveç millisi Seneqalla qarşılaşıb. Nyu-Cersidəki “MetLife Stadium”da keçirilən oyun Norveçin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Norveç hesabı 43-cü dəqiqədə Markus Holmgren Pedersenin qolu ilə açıb. İkinci hissədə Erlinq Holand səhnəyə çıxıb. Hücumçu 48-ci və 58-ci dəqiqələrdə fərqlənərək komandasına vacib qələbə qazandırıb.

Qəzza rəsmiləri: "Atəşkəsdən bəri 1000-dən çox sakin öldürülüb"

Qəzzada ötən ilin oktyabrında qüvvəyə minən atəşkəsdən bəri öldürülən fələstinlilərin sayının 1000-i ötdüyü bildirilir.

Qəzzanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, ötən həftə İsrail ordusunun Qəzzanın cənubunda Muvasi qaçqın düşərgəsinə açdığı atəş nəticəsində iki nəfər ölüb, daha altı nəfər yaralanıb.

Atəşkəsdən bəri ölənlərin ümumi sayının 1005-ə çatdığı, onların 265-inin uşaqlar olduğu deyilir.

Liderimizin növbəti doğum günündə Allahdan ona bərəkətli ömür diləyirik

İnsanı ali, bəzən ölümsüzləşdirən onun hədəfinin nə qədər böyük, doğru və dəyərli olmasındadır. Paralel olaraq bu həqiqəti tam varlığı ilə görmək, dərk etmək və onun uğrundan yorulmadan mübarizə tarixinin dahilərini insanlığa təqdim edən əsas amildir. Məhz bu iki xüsusiyyət – həqiqi hədəfi doğru, düzgün seçmək və onun uğrundan yorulmada mübarizə ölümsüzləşən qəhrəmanların əsas xüsusiyyətidir.

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub - Yaralılar var

Ötən gün səhər saatlarında Ukraynanın Çornomorsk limanı yaxınlığında Türkiyə şirkətinə məxsus və Panama bayrağı altında üzən gəminin pilotsuz uçuş aparatı ilə hücuma məruz qalması nəticəsində heyətində olan iki Türkiyə vətəndaşı yaralanıb. Onların vəziyyəti Türkiyənin Kiyevdəki səfirliyi və Odessadakı baş konsulluğu tərəfindən yaxından izlənilir.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Bəzi müxalifətçilərin şiə müsəlmanlara qarşı hücumları artıq çox iyrənc hal alıb"

İctimai fəal və siyasətçi Ceyhun Məhəmmədəli son günlər gürcü ictimaiyyətində Marneulidə yerləşən İmam Əli (ə) məscidində keçirilən İmam Hüseyn (ə) matəm mərasimi zamanı İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin şəklinin nümayiş etdirilməsi ilə bağlı səsləndirilən tənqidlərə münasibət bildirib.

Siyasətçi sosial şəbəkədə paylaşdığı açıqlamada bəzi müxalifət nümayəndələrinin və onlara yaxın çevrələrin Kvemo Kartlidə yaşayan şiə müsəlman icmasına qarşı münasibətini tənqid edib.

“Haaretz”: ABŞ İranı Livanda atəşkəs prosesinin tərəfdaşı kimi qəbul edib

İsrailin “Haaretz” qəzeti ABŞ və İran arasında İsveçrədə başlayan danışıqların nəticələrini təhlil edən məqalə yayımlayıb.

Qəzetin fikrincə, danışıqların ən mühüm nəticələrindən biri Vaşinqtonun İranı Livanda atəşkəsin həyata keçirilməsi prosesində tərəfdaş kimi qəbul etməsi olub.

Məqalədə həmçinin Hizbullahın da dialoq prosesində nəzərə alınmalı tərəflərdən biri kimi ön plana çıxdığı vurğulanıb.

Aşura ilə bağlı tarixi fakt: Zəngəzurun sünni kəndləri...

Məhərrəm ayı və Aşura mərasimləri ilə bağlı Azərbaycan tarixində diqqətçəkən faktlardan biri Zəngəzur bölgəsində yaşanıb.

Milli Kimlik layihəsində dərc olunan və Araz Şəhrilinin qələmə aldığı araşdırmada Zəngəzurun qazısı, tarixçi və din xadimi Bəhlul Əfəndi Behcətin fəaliyyəti ilə bağlı maraqlı məlumatlar yer alıb.

Tarixi mənbələr göstərir ki, bölgənin sünni kəndlərində də İmam Hüseynin (ə) matəmi geniş şəkildə qeyd olunurdu.

İran-ABŞ danışıqlarından sonra dörd işçi qrupu yaradılıb

İsveçrənin Bürgenstok şəhərində keçirilən dördtərəfli məsləhətləşmələrdən sonra dörd işçi qrupunun yaradılması barədə razılıq əldə edilib.

Bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi “Press TV“-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qruplar sanksiyaların aradan qaldırılması, nüvə probleminin həlli, yenidənqurma və iqtisadi inkişaf, eləcə də monitorinq məsələlərini həll etmək üçün yaradılıb.