Azərbaycandan tranzit keçməklə Ermənistana 67 ton un göndərilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
2 vaqondan ibarət, çəkisi 126 ton olan karbamid və 1 vaqondan ibarət, çəkisi 67 ton olan un "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.













