10 May 2026

İsrailin gizli bazası deşifrə oldu

İsrailin İraq səhrasında gizli hərbi baza yaratdığı və İran ərazisinə endirilən hava zərbələrinə həmin bazadan operativ dəstək verdiyi bildirilir.

“Wall Street Journal” nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, baza əsasən kəşfiyyat məlumatlarının toplanması, hava əməliyyatlarının koordinasiyası və logistik dəstək məqsədilə istifadə olunub.

Hörmüz boğazı yaxınlığında yük gəmisi yanğına uğrayıb: Hindistanlı dənizçi ölüb

Hörmüz boğazı yaxınlığında üzən taxta yük gəmisində baş verən yanğın faciəyə səbəb olub. Yerli mənbələrə görə, gəmidəki Hindistan heyətinin bir üzvü ölüb, dörd nəfər yaralanıb.

"Dhow" kimi tanınan ənənəvi taxta yük gəmisində ümumilikdə 18 Hindistan dənizçisinin olduğu bildirilib. Yanğından sonra gəmi batıb və heyət hadisə yerindən keçən başqa bir gəmi tərəfindən xilas edilib.

Rəsmilər yanğının səbəbinin hələ müəyyən edilmədiyini bildiriblər.

Dağıstanda Əqsa məscidinin bənzəri inşa edilir

Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində Məscidül-Əqsa məscidinin tam bənzəri olacaq yeni məscidin təməlinin qoyulması ilə bağlı təntənəli mərasim keçirilib.

Tədbirə çox sayda qonaq, o cümlədən Dağıstanda yaşayan Qəzza sektorundan olan fələstinlilər qatılıb.

Təməlqoyma mərasimi zamanı Qurani-Kərim tilavət edilib, dualar edilib.

İsrailin Livana yeni hücumu nəticəsində 7 nəfər həyatını itirdi

Sionist rejim ordusu şənbə günü Cənubi Livanın Səksikiyə qəsəbəsində yaşayış binasına hava hücumu həyata keçirib. Binada bir sıra məcburi köçkünlər yaşayırdı və ilkin məlumata görə, hücum nəticəsində 7 nəfər şəhid olub, o cümlədən bir uşaq.

Müxbirin verdiyi məlumatlara görə, xilasedici və təcili yardım qrupları hələ də dağıntılar altında itkin düşmüş şəxsləri axtarır.