İsrail növbəti dəfə Cənubi Livana hücum etdi, ölən və yaralananlar var
Livan Səhiyyə Nazirliyi sionist rejimin Cənubi Livanda yerləşən Cəbşit qəsəbəsinə endirdiyi hava zərbəsi nəticəsində 2 nəfərin şəhid olduğunu, 13 nəfərin isə yaralandığını açıqlayıb. Hadisə Nəbatiyyə bölgəsində qeydə alınıb və ilkin məlumatlara görə, yaralılar arasında qadın və uşaqlar da var.













