22 April 2026

AB Komissiyasının sədri Leyen: "Regionu Türkiyə, Rusiya və Çin təsirinə buraxa bilmərik!"

Avropa Birliyi Komissiyasının sədri Leyen Avropanın yeni strategiyasını elan edərkən, faktiki olaraq günahlarını etiraf edib. Genişlənməni "geosiyasi zərurət" kimi xarakterizə edən Leyen, Rusiya, Çin və Türkiyənin regiondakı təsirindən qorxduğunu açıq şəkildə bildirib.

Avropa Birliyi (AB) daxilindəki böhranlar və qlobal güc balansındakı dəyişikliklər Brüsseli "genişlənmə" kartını yenidən masaya qoymağa məcbur edib.

İran Oman sahillərində xəbərdarlıqlara məhəl qoymayan gəmini vurdu

Böyük Britaniya Dəniz Ticarət Təşkilatının (UKMTO) hesabatına əsasən, Oman sahillərində gəmiyə silahlı hücum qeydə alınıb.

İran Silahlı Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayan konteyner gəmisi atəşə tutulub və nəticədə gəmiyə ciddi ziyan dəyib.

Məlumatda qeyd olunur ki, insident Oman sultanlığından 15 dəniz mili şimal-şərqdə baş verib.

Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Ağırlıqqaldıranımız gümüş medal qazandı

Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

71 kiloqram çəki dərəcəsində yarışan idmançı birdən qaldırma hərəkətində göstərdiyi 147 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Təkanla qaldırma hərəkətində 180 kiloqram çəkinin öhdəsindən gələn Rüstəmov bu dəfə 4-cü olub. Təmsilçimiz toplamda 327 kiloqram göstərici ilə yarışı 4-cü yerdə bitirib.

“Dövlətdən kənar dövlət” – 17 saylı Cəzaçəkmə Müəssisəsindən məhbusların ifşası. 4-cü hissə

 

Yeməkxana problemi – “21-ci əsrdə heyvanlara belə yem verilmir”

Müəssisə rəisi Şəfahət Abbasov məhkumları düzgün və keyfiyyətli qida ilə təmin etmir, çöldən gələn qidanın da qarşısını alır. Məhkumlara verilən qidalar arasında arpa yarması, buğda yarması, sovet dövründən qalma iylənmiş ət, ucuz və keyfiyyətsiz palma yağı, həftədə bir dəfə soyutma kartof, həftədə bir dəfə adam başına 1 yumurta, bayat və köhnə çörək var.

“Amnesty International”: “Azərbaycanda insan haqları sahəsində vəziyyət daha da pisləşib”

“Amnesty International”ın son illik hesabatı Azərbaycanda insan haqları sahəsində vəziyyətin ağır olaraq qaldığını, hakimiyyətin tənqidçilərə qarşı sistemli repressiyalarını davam etdirdiyini və yüzlərlə insanın siyasi motivli ittihamlarla azadlıqdan məhrum edildiyini göstərir