21 April 2026
Rusiya ordusu Sumıya dron zərbəsi endirib: 15 nəfər yaralanıb, üçü uşaqdır
Rusiya ordusu bu gecə Ukraynanın Sumı şəhərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.
Hücum nəticəsində yaşayış məhəllələri və xəstəxana zərər görüb, üçü uşaq olmaqla, 15 nəfər yaralanıb.
Mayk Tayson: İslam məni xilas etdi
Dünya boks tarixinin ən əfsanəvi simalarından biri olan Mayk Tayson, keçdiyi mənəvi transformasiyanı və həyatında İslamın oynadığı həlledici rolu açıqlayıb.
Keçmiş çempion həbs dövrünün onun üçün sadəcə bir cəza deyil, həm də “saxta mənliyin” məhvi və ruhunun təmizlənməsi üçün bir başlanğıc olduğunu vurğulayıb.
Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşir
Bu gün Azərbaycan Kubokunda 1/2 finalın cavab görüşlərinə start veriləcək.
İlk oyun günündə bir matç keçiriləcək.
“Zirə” öz meydanında “Turan Tovuz”u qəbul edəcək. Komandalar arasında keçirilən ilk matçda paytaxt klubu 2:0 hesablı qələbə qazanıb. Rəşad Sadıqovun komandası cavab görüşündə hətta 1 top fərqi ilə uduzsa belə, finala adlayacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci cavab görüşü sabah keçiriləcək.
Beynəlxalq hüquq müdafiəçisinin Azərbaycana səfərinə icazə verilmədiyi bildirilir
Beynəlxalq hüquq müdafiəçisi Florian İrmingerə Azərbaycana səfər üçün viza verilmədiyi bildirilir. Məlumata görə, o, ölkədə davam edən məhkəmə proseslərini izləmək üçün Bakıya gəlməyi planlaşdırırdı
Beynəlxalq hüquq müdafiəçisi Florian İrmingerə Azərbaycana səfər etməyə icazə verilmədiyi bildirilir.
Bu barədə azərbaycanlı hüquq müdafiəçiləri “Abzas Media”ya məlumat veriblər.
"Boko-Haram" 400-dən çox qadın və uşağı girov götürdü
"Boko-Haram" radikal islamçı qrupu 400-dən çox qadın və uşağı girov götürüb.
Silahlılar Borno əyalətinin Nqoşe kəndindən qaçırılan qadın və uşaqları girov saxlayırlar. "The Telegraph" qəzetinin məlumatına görə, qaçıranlar hakimiyyət orqanlarına təxminən 2,7 milyon funt sterlinq (3,4 milyon dollardan çox) məbləğində fidyə ödəmək üçün 72 saat vaxt veriblər.
Fatih Birol: Başda Avropa olmaqla bəzi regionlarda ciddi yanacaq qıtlığı yarana bilər
Yaxın Şərqdəki müharibə nəticəsində yaranan böhran xüsusilə Avropanın enerji təchizat zəncirində ciddi boşluqlar yaradıb və aviasiya yanacağı seqmentində riskləri artırıb.
Bu barədə Türkiyənin “Dünya” qazeti Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birola istinadən xəbər verir.
“Dövlətdən kənar dövlət” – 17 saylı Cəzaçəkmə Müəssisəsindən məhbusların ifşası. 3-cü hissə
Kanalizasiya sistemi tab gətirmir – infeksiya xəstəlikləri yaranır
Azərbaycanda anti-İslam təbliğat maşınının iki birləşdirici nöqtəsi – Qərbin maliyyəsi və İsrailin təsiri
Azərbaycanda anti-İslam təbliğat maşınının işləmə mexanizmi təkcə hakimiyyətin deyil, paralel olaraq Qərb və onun proksi qüvvələrinə bağlı şəkildə çalışır.













