11 April 2026

ABŞ və İran arasında razılıq: Vaşinqton Tehranın Livanla bağlı şərtini qəbul etdi

ABŞ regional eskalasiya fonunda Livan istiqamətində atəşkəs rejiminin tətbiq olunmasını dəstəklədiyini bəyan edib.

Xarici KİV-lərin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton Yaxın Şərqlə bağlı aparılan genişmiqyaslı danışıqlar çərçivəsində Livan cəbhəsində hərbi əməliyyatların dayandırılmasına razılıq verib.

Müharibə dünya insanına İslamın varlığını görmək üçün bir pəncərə oldu (3-cü hissə)

Zaman keçdikcə parçalanmış ümmət senarisi İslamın daxilində ziddiyyətli cərəyanların yaranmasına və dinin müqəddəs pak varlığını gözdən salmağa meydan verdi. Öz imkanlarının tükəndiyini hiss edən ideoloji məktəblər böyük ustalıqla İslamı dünya baxışında təhlükəli, qəddar və qanıçən bir simaya salmaq üçün siyasi aktyorları bu dinin daxilinə yeritdilər. Eyni zamanda xalqlar arasında köklü İslam dəyərlərində şübhələr yaradıldı. Bu, yalnız məzhəblər arasında deyil, həm də bir-birinə düşmən kimi kinli cəbhələrin formalaşmasına yol açdı.

Müqəddəs Həzrət Abbas (ə) Türbəsinin heyəti Qum Ali Dini Mərcəiyyət Ofisini ziyarət edib

Müqəddəs Həzrət Abbas (ə) Türbəsinin heyəti Qumda Ali Dini Mərcəlik Ofisini ziyarət edib.

Heyət İran İslam Respublikasına səfəri çərçivəsində Qum şəhərində yerləşən Ali Dini Mərcəlik Ofisinə baş çəkib. Səfərin məqsədi humanitar yardım fəaliyyətlərinin koordinasiyasını müzakirə etmək və zərərçəkənlərə göstərilən xidmətlərin həcmini genişləndirmək olub.

“Qarabağ” səfərdə xal itirdi

Futbol üzrə Misli Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

İlk matçda meydana "Şamaxı" və “Qarabağ" komandaları çıxıblar. Şamaxı şəhər stadionunda təşkil olunan görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra "Qarabağ" 56 xalla turnir cədvəlində ikinci, "Şamaxı" isə 32 xalla yeddinci pillədə qərarlaşıb.

İkinci görüşdə “Zirə” "Bank Respublika Arena"da “Sabah”ın qonağı olacaq.

Netanyahuya qarşı soyqırım ittihamı tamamlandı!

İstanbul Baş Prokurorluğu tərəfindən Qəzzaya humanitar yardım daşıyan Sumud Donanmasına silahlı basqınla bağlı hazırlanan ittihamnamə tamamlandı.

Ədliyyə naziri Akın Gürlekin İstanbul Baş Prokuroru olduğu dövrdə başlanan istintaq, İsrailin yüksək vəzifəli şəxslərini hədəf alan tarixi bir məhkəmə prosesinə çevrildi. Netanyahudan Baş Qərargah rəisinə qədər 35 şübhəli insanlığa qarşı cinayətlər, soyqırım, işgəncə, talan və adam oğurluğu da daxil olmaqla çox ciddi ittihamlarla üzləşir.

Şeyx Qasim: Əvvəlki vəziyyətə qayıdış olmayacaq

Hizbullahın baş katibi Nəim Qasim Livan xalqına ünvanladığı müraciətdə sionist rejimin hərbi əməliyyatlarda məqsədlərinə nail ola bilmədiyini bəyan edib. O, bildirib ki, işğalçı rejim ordusu dəfələrlə elan etdiyi quru əməliyyatını həyata keçirə bilməyib və müqavimət qüvvələri tərəfindən ciddi itkilər verib.

Qasim vurğulayıb ki, rejim əsgərləri və zabitləri müxtəlif pusqularda hədəfə alınıb, hərbi texnika isə Livanın cənub bölgələrində məhv edilib.

“Beşiktaş”dan 4 qollu qələbə

Türkiyə Superliqasında 29-cu tura start verilib. 

Turun açılış matçında “Beşiktaş” öz meydanında “Antalyaspor”u qəbul edib. Matç İstanbul klubunun qələbəsi ilə yekunlaşıb. 

Bu qələbə sayəsində xallarının sayını 55-ə çatdıran “Beşiktaş” turnir cədvəlində dördüncü yeri tutur. “Antalyaspor” isə 28 xalla 13-cü pillədə qərarlaşıb. 

Bakıda Ali Dini Lider Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib

Aprelin 10-da İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, hökumət və ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər.

Mərasim əvvəlcə “Qurani-Kərim” tilavəti ilə başlayıb.

Livan və İsrail səfirləri danışıqlar barədə razılığa gəlib

Livan və İsrail səfirləri 14 aprel tarixində atəşkəs danışıqları ilə bağlı görüş keçirmək barədə razılığa gəlib.

Bu barədə Livan prezidentinin ofisi məlumat yayıb.

Məlumata görə, görüş Vaşinqtonda ABŞ Dövlət Departamentinin binasında keçiriləcək və tərəflər danışıqların başlanma tarixini müzakirə edəcək.

Görüş ABŞ-ın vasitəçiliyi ilə baş tutacaq.