10 April 2026

Valideynlər süni hicab qadağasına etiraz olaraq Təhsil Nazirliyi önündə toplanıblar – Agentlik 15 gün müddət istədi

Aprelin 9-da 30-dan artıq valideyn orta məktəblərdə süni hicab qadası səbəbindən uşaqlarının təhsil müəssisələrinə buraxılmamasına etiraz ediblər. Təhsil Nazirliyi önündə gerçəkləşən aksiyada valideynlər artıq bir aya yaxın müddətdir ki, hicab taxmaq səbəbi ilə uşaqlarının məktəbdən qovulmasına etirazlarını bildirərək nazirlikdən məsələyə aydınlıq gətirmələrini istəyiblər.

Premyer Liqa: "Karvan-Yevlax" cari mövsümdə ikinci qələbəsini də "Kəpəz" üzərində qazanıb

Premyer Liqa: Karvan-Yevlax cari mövsümdə ikinci qələbəsini də Kəpəz üzərində qazanıb

"Karvan-Yevlax" klubu cari mövsümdə ikinci qələbəsini də "Kəpəz" üzərində qazanıb.

Bölgə təmsilçisi Misli Premyer Liqasının XXVII turunun açılış matçında rəqibini 4:1 hesabı ilə üstələyib.

Yevlax təmsilçisinin qollarını 38, 45+1 və 90+4-cü dəqiqələrdə Rauf Rüstəmli, 65-ci dəqiqədə Eltun Turabov vurub.

Beyrutda təhlükəsiz ərazi qalmayıb

İsrail Müdafiə Qüvvələrinin (İMQ) yeni hücumlarından sonra Beyrutda təhlükəsiz ərazi qalmayıb. 

Xarici KİV-lər xəbər verir ki, çoxlu sayda hündürmərtəbəli binaları olan sıx məskunlaşmış Əl-Barbur rayonu zərbələrdən zərər çəkib, mağazalar ciddi şəkildə zədələnib.

Raketlərdən biri Tel Hayat rayonunun mərkəzində, demək olar ki, tamamilə dağılmış yaşayış binasının üzərinə düşüb.

Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq

İran zəmanətsiz atəşkəslə razılaşmayacaq.

“Tasnim”in xəbərinə görə, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxtrəvançi Tehranda diplomatik korpusun nümayəndələri ilə görüşdə bildirib.

“Biz elə bir atəşkəs istəmirik ki, təcavüzkar yenidən silahlanıb növbəti hücuma keçsin. Dostlarımıza da açıq şəkildə demişik ki, bu vəziyyət zəmanət olmadan təkrarlana bilməz”, - Təxtrəvançi qeyd edib.

IPI: “Ali Məhkəmənin qərarı Azərbaycanda müstəqil jurnalistikanın boğulması məqsədi daşıyan uzunmüddətli siyasətin tərkib hissəsidir”

Beynəlxalq Mətbuat İnstitutu (IPI) “Abzas Media işi” üzrə yeddi jurnalistə qarşı çıxarılan və siyasi motivli hesab edilən uzunmüddətli həbs cəzalarını Ali Məhkəmənin qüvvədə saxlamasını pisləyib.

Gürcüstanda, İmam Əli (ə) məscidində silsiləvi cümə namazı qılınıb

Bu gün Gürcüstanın Marneuli İmam Əli (ə) məscidində növbəti cümə namazı qılınıb. İmamcümə Hacı Hacıyevin rəhbərliyi altında baş tutan tədbir bu günlər şəhadətinin 40-cı günləri yaşanan Ayətullah Seyyid Əli Xameneyinin anımı ilə başlayıb. O, İslamın böyük şəxsiyyətinin həyat, mübarizə və şəhadət dolu ömrünün bəzi məqamlarına işarə edib.

AİHM ölkədən çıxışına qadağa qoyulan 16 nəfərin şikayəti üzrə Azərbaycan hökumətinə suallar ünvanlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanda müxtəlif vaxtlarda ölkədən çıxışına qadağa qoyulmuş 16 nəfərin şikayətləri üzrə hökumətlə kommunikasiya mərhələsinə başlayıb.

Bu barədə vəkil Fariz Namazlı sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, məhkəmə Azərbaycan hökumətinə müraciət edərək həmin şəxslərin hərəkət azadlığına qoyulan məhdudiyyətlərin hüquqi əsasları və tətbiq edilən prosedurlar barədə izahat istəyib.

Almaniya kansleri Merz: "Berlin İranla diplomatik danışıqları bərpa edəcək"

Almaniya kansleri Merz Tehran və Vaşinqton arasında əldə edilən kövrək atəşkəsdən sonra Almaniyanın İranla danışıqları bərpa edəcəyini və bununla da sülh danışıqlarına yol açacağını açıqladı. Körfəz bölgəsində atəşkəslə Almaniya yenidən İranla danışıqlarda daha aktiv rol oynamaq istəyir.

"Hörmüz blokadası bazarları vurdu": Neft qiymətlərində yeni rekord qeydə alındı

Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazındakı blokadanın davam etməsi fonunda qlobal neft bazarları yenidən alovlanıb.

Bu gün — 10 aprel 2026-cı il tarixində Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin iyun fyuçersləri 0,77% bahalaşaraq bir barel üçün 96,66 dollara yüksəlib.

Nyu-Yorkun "NYMEX" birjasında isə "WTI" markalı neftin qiyməti 0,46% artaraq bir barel üçün 98,32 dollara çatıb.

Avropa Liqasında gecənin nəticələri

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

Son oyun günündə 3 qarşılaşma baş tutub.

İngiltərə təmsilçilərindən “Aston Villa” İtaliyada “Bolonya”ya 3:1 hesabı ilə qalib gəlib, “Nottingem Forest” Portuqaliyada “Portu” ilə heç-heçə edib – 1:1.

Almaniya “Frayburq”u isə öz meydanında İspaniyanın “Selta” komandasını 3 cavabsız qolla üstələyib.

Pakistan müdafiə naziri: “İsrail bəşəriyyətə bəladır”

Pakistanın müdafiə naziri Xavaca Asif İsrailə qarşı kəskin bəyanatla çıxış edərək onu “bəşəriyyət üçün şər və lənət” adlandırıb.

O bildirib ki, sülh danışıqları davam etdiyi bir vaxtda İsrail Livanda ağır hücumlar həyata keçirir.

Nazirin sözlərinə görə, İsrailin hərbi əməliyyatları nəticəsində günahsız insanlar həyatını itirir və regionda qan tökülməsi davam edir.

Müharibə dünya insanına İslamın varlığını görmək üçün bir pəncərə oldu (2-ci hissə)

Din olaraq İslamın varlığı bəşər tarixinin ən qədim dövrlərindən bəri oxunub-eşidilən həqiqətdir. İslam digər dinlərdən fərqli olaraq, yalnız ibadət sferası ilə məhdudlaşmırdı. O, ideoloji əsasları, idarəçilik, ailə quruluşu, mədəniyyət, iqtisadiyyat (bankçılıq daxil), döyüş və digər çoxsaylı sahələrdə əhatəli tələblər irəli sürərək özünü göstərirdi.