09 April 2026

Nücəba Hərəkatının Lideri əl-Kəəbi: İsraili güc yolu ilə tərbiyə edəcəyik

İraqdakı Nücəba Hərəkatı İsrailin Livandakı əməliyyatlarına qarşı müqavimət fəaliyyətlərini bərpa edəcəyini açıqlayıb; lider Şeyx Əkrəm əl-Kəəbi pozuntuların diplomatiya üçün yer qoymadığını və qarşı tərəfin ağır bədəl ödəyəcəyini vurğulayıb.

İraqdakı Xalq Səfərbərlik Qüvvələrinin (Həşdu-Şaabi) tərkib hissəsi olan Nücəba Hərəkatı, İsrailin Livandakı hərbi əməliyyatlarına cavab olaraq müqavimət fəaliyyətlərini dayandırmaq qərarının bitdiyini açıqlayıb.

Xanım Məsumə (ə) Ziyarətgahında Ayətullah Xameneinin 40 mərasimi keçirilib

İranın Qum şəhərində Xanım Məsumə (ə) Ziyarətgahında şəhid Ayətullah Xameneinin 40 mərasimi keçirilib.

Mərasimə təqlid müctəhidləri Ayətullah Cəfər Sübhani,  Ayətullah Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Cavad Şəhristani, Ayətullah Lənkərani, Cəmkəran Məscid Kompleksinin rəhbəri Höccətülislam Əliəkbər Ocaqnejad, digər tanınmış din xadimləri, həmçinin dövlət rəsmiləri və sadə vətəndaşlar qatılıblar.

Müharibə dünya insanına İslamın varlığını görmək üçün bir pəncərə oldu (1-ci hissə)

Dünya müasirliyə, yeniliyə və inkişafa can atarkən, ona aşılanan və keçmişin acı təcrübələri ilə bağlı olan bir əsası — dini — özündən uzaqlaşdırmağa çalışdı. İnsanlıq zamanla dini məfkurədə yaşanan baxış acıları ilə üzləşdikdə, problemi dinin özündə gördü və ondan uzaqlaşmağı yeganə çıxış yolu hesab etdi.

PSJ “Liverpul”u, “Atletiko Madrid” “Barselona”nı məğlub etdi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

İkinci oyun günündə də iki qarşılaşma keçirilib. İspaniyanın "Barselona" komandası öz meydanında "Atletiko Madrid"i, Fransanın PSJ klubu isə İngiltərə "Liverpul"unu qəbul edib.

Oyunlarda PSJ “Liverpul”u, “Atletiko Madrid” isə “Barselona”nı 2:0 hesabı ilə məğlub edib.

İsrailin Livana son zərbələri nəticəsində 250-dən çox insan ölüb

ABŞ və İran arasında atəşkəs əldə edildikdən sonra İsrailin hücumları nəticəsində Livanda azı 254 nəfər həlak olub, daha 1 165 nəfər yaralanıb.

"Al Jazeera" xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsinin məlumatında deyilir.

Nazirliyin açıqlamasına görə, zərbələr ölkənin müxtəlif bölgələrini, o cümlədən paytaxt Beyrutu əhatə edib və bu, münaqişə başlayandan bəri “Hizbullah”a qarşı ən geniş hücum dalğası olub.

Jurnalistləri Müdafiə Komitəsi: “Hakimiyyət yüksək səviyyəli korrupsiya araşdırmalarından açıq şəkildə ehtiyat edir”

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) aprelin 3-də Ali Məhkəmənin “Abzas Media”nın altı jurnalisti və ABŞ Konqresinin maliyyələşdirdiyi “Azadlıq Radiosu”nun əməkdaşı barəsində uzunmüddətli həbs cəzalarını qüvvədə saxlayan qərarını pisləyib. 

Təşkilat bəyan edib ki, bu qərar ölkədə davam edən mətbuat azadlığına qarşı təzyiqlərin bir hissəsidir və Azərbaycan hakimiyyətini əsassız həbs edilmiş bütün jurnalistləri dərhal azad etməyə çağırıb.

Prokuror Şahin Şıxlinski və oğluna 9 il həbs cəzası istəyib

Yekaterinburqun Kirovski rayon məhkəməsində Azərbaycan diasporunun keçmiş sədri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskinin hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə prokuror Şahin Şıxlinskiyə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il, oğlu Mutvalı Şıxlinskiyə cəzasını ümumi rejimli koloniyada çəkməklə 9 il azadlıqdan məhrum etmə cəzası istəyib.