17 March 2026

İsrailin “öldürdük” dediyi Laricanidən paylaşım

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ABŞ Hərbi Dəniz Qüvvələrinin Şri-Lanka sahilləri yaxınlığında IRIS “Dena” freqatına endirdiyi zərbə nəticəsində həlak olan iranlı dənizçilərlə bağlı başsağlığı məktubu "X" sosial şəbəkəsində paylaşılıb.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məktubda bildirilir ki, həlak olanların xatirəsi İran xalqının qəlbində əbədi yaşayacaq:

Qadınlar Əl-Əqsa məscidinin bağlanmasına etiraz edir: Şərəfinizi qoruyun

Yaxın Şərqdə davam edən müharibənin kölgəsində müşahidə olunan Qədr Gecəsi İstanbulda tarixi və dərin simvolik mənalar daşıyan bir etirazın şahidi olub. Fatih Məscidində toplaşan qadınlar İsrailin İslamın ilk qibləsi olan Əl-Əqsa Məscidini 17 gün bağlamasına etiraz olaraq baş örtüklərini yuxarı mərtəbələrdən aşağı sıralardakı kişilərin üzərinə atıblar. İslam mədəniyyətində "şərəf və ləyaqəti qorumaq" çağırışını ifadə edən bu təntənəli hərəkət geniş əks-səda doğurur.

Rüfət Səfərov: “Siyasi sifarişdir, nə deyiləcəksə, onu elan edəcəksiniz, bitirin bu tamaşanı”

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb, hüquq müdafiəçisi isə çıxışında məhkəməni “tamaşa” adlandırıb

Martın 16-da hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərova qarşı açılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

KƏŞ neft məhsullarının tədarükü ilə bağlı risklərə görə təcili iclas keçirib

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) neft məhsulları sahəsində Fövqəladə Hallarda Fəaliyyət planı üzrə Komitəsi regiondakı mövcud vəziyyətin tədarük zəncirlərinə təsirini qiymətləndirmək üçün təcili iclas keçirib.

Bu barədə KƏŞ-in Baş Katibliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş martın 15-də videokonfrans formatında baş tutub. İştirakçılar regiondakı son hadisələri və onların neft emalı məhsullarının tədarükünə mümkün təsirini müzakirə ediblər.

İran ABŞ-nin Bəhreyn və BƏƏ-dəki hərbi bazalarına hücum edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreynin cənubunda yerləşən (Fars körfəzi sahili - red.) "Şeyx İsa" və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidən 32 kilometr məsafədəki "Əl-Dəfra" hərbi hava bazalarına hücum edib.

Bu barədə SEPAH-a istinadən "Fars" agentliyi məlumat yayıb.

"Amerika hərbçilərinin qırıcı təyyarə anqarları qanadlı raketlərlə məhv edilib", - məlumatda bildirilib.

"Barselona"dan yeni rekord

"Barselona" İspaniya çempionatının 28-ci turunda "Sevilya"nı darmadağın edərək yeni rekorda imza atıb.

Kataloniyalılar cari mövsümün ilk 28 oyununun hər birində rəqib qapısına yol tapmağı bacarıblar. Flikin yetirmələri bu göstərici ilə Yohan Kroyffun rəhbərlik etdiyi komandanın 1991/1992 mövsümündəki rekordunu geridə qoyublar. 

Kroyffun dövründə 28 turdan sonra komandanın aktivində 57 qol olduğu halda, hazırkı heyət artıq 77 dəfə rəqib qapılarını silkələyib.

Finlandiya da Trampın çağırışına rədd cavabı verdi

Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsində iştirak etmək Finlandiya üçün əsas prioritet deyil.

Bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib.

Valtonen bildirib ki, "Biz tərəfdaşlarımız və müttəfiqlərimizlə sıx əməkdaşlıq edirik, lakin bu mərhələdə (Hörmüz boğazının açılması, - red.) bizim əsas prioritetimiz deyil".

Hicab problemi-rəsmilər susur, gərginlik isə artır

Orta məktəblərdə hicabla şagirdlərin təhsil alması problemi müstəqilliyin ilk illərindən günümüzə daşınan münaqişələrdən biridir. Azərbaycan suverenliyini qazananda hər kəs rəsmi sənədlərdə baş örtüyü ilə şəkil çəkdirilməsinə icazə veriləcəyini düşündü. Lakin o dövrlər rəsmilər bunun yeni qurulmuş dövlətin bu istiqamətdə lazımı texniki avadanlığa malik olmamasını bəhanə edərək bu qanunu açıq da saxladı.

Nigeriyada partlayış olub, 23 nəfər ölüb, 108 nəfər yaralanıb

Nigeriyanın şimal-şərqində törədilən partlayışlar nəticəsində 23 nəfər həlak olub, 108 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə Borno ştatının hüquq-mühafizə orqanlarının “X” hesabında paylaşım edilib.

Bildirilib ki, partlayışlar terrorçular tərəfindən həyata keçirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Beynəlxalq vəkillər təşkilatı: “Zabil Qəhrəmanovun həbsi peşə fəaliyyətinə görə qisas ola bilər”

Beynəlxalq Vəkillər İttifaqının Hüququn Aliliyi İnstitutu (UIA-IROL) azərbaycanlı vəkil və hüquq müdafiəçisi Zabil Qəhrəmanovun saxlanılması və cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı dərin narahatlıq ifadə edib. Təşkilat bununla bağlı yaydığı bəyanatda bildirib ki, bu proses onun peşə fəaliyyəti və Azərbaycanda polis orqanlarının qanunsuz hərəkətlərini tənqid etməsi ilə əlaqəli ola bilər.