İrandan yeni hücum dalğası Təl-Əviv səmasını işıqlandırdı
İran, İsrailin paytaxtı Təl-Əviv şəhərinə qarşı yeni hava hücumu başladıb. Ardı-arda buraxılan raketlər İsraildə səmanı işıqlandırıb. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı "Doğru vəd - 4" əməliyyatının 24-cü mərhələsinin başlandığını elan edib.
SEPAH-ın mətbuat xidmətinin məlumatında belə deyilir.
Hərbi qurumun "Fars" agentliyi tərəfindən yayımlanan məlumatına görə, əməliyyat çərçivəsində İsrail ərazisi istiqamətində üç növ raket buraxılıb.













