19 February 2026

Ayətullah Nuri Həmədani: “Ramazan ayında din alimləri təbliğatdan çəkinməməlidirlər”

Hüseyn Nuri Həmədani düşmənin həm sosial mediada, həm də digər platformalarda təbliğat yolu ilə qismən uğur qazandığını və bu uğurun bir hissəsinin onların öz səhlənkarlığından qaynaqlandığını bildirib. O, bu gün mənəviyyatın keçmişə nisbətən xalq arasında daha çox mövcud olmalı olduğunu və ölkənin iqtisadi problemlərinin ədalətsiz şəkildə din alimlərinə aid edildiyini, hökumətin isə başqalarının əlində olduğunu vurğulayıb.

Yamal oruc tutdu, klub hərəkətə keçdi

“Barcelona” klubunun futbolçusu Lamin Yamal Ramazan ayı boyunca oruc tutacağını açıqlayıb. 

Bu qərardan sonra klub rəhbərliyi futbolçunun fiziki durumunun zəifləməməsi üçün xüsusi proqram hazırlayıb.

Belə ki, “Barcelona FK” nın texniki və tibbi heyəti Yamal üçün fərdi qidalanma və yüklənmə planı tərtib edib. Proqram çərçivəsində onun məşq tempi, maye balansı və bərpa prosesi gündəlik nəzarətdə saxlanılacaq.

Qəzza üçün 7 milyard dollar yığılıb. Azərbaycan da pul verən ölkələr sırasındadır

ABŞ prezidenti Donald Tramp fevralın 19-da Sülh Şurasının iclasında Qəzza üçün 7 milyard dollar yığıldığını elan edib. O, Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu məbləğə töhfə verən ölkələr sırasında olduğunu deyib.

“Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt yardım paketinə toplam 7 milyard dollardan çox vəsait ödəyiblər”, – Tramp Vaşinqtonda şuranın ilk iclasında bildirib.

 

İsraildə müharibəyə hazırlıqla bağlı tapşırıq verildi

İsraildəki xilasetmə xidmətlərinə müharibəyə hazırlaşmaq tapşırılıb.

Bu barədə İsrail mediası yazıb. Bildirilir ki, ABŞ həqiqətən İrana hücum edərsə, İsrail onlara qoşulacaq. Belə ki rəsmilər Amerika hücumunu qaçılmaz hesab edirlər.

Axios mənbəyinin əvvəllər bildirdiyi kimi, iki ölkə arasında birgə əməliyyat, ehtimal ki, həftələrlə davam edəcək və miqyas baxımından "cərrahi hücumlardan" xeyli böyük olacaq.

Çempionlar Liqası: "İnter" uduzdu, "Atletiko" heç-heçə etdi

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulub.

Keçirilən dörd oyunun yalnız birində ev sahibləri sevinən tərəf olub. Ümumilkdə qapılara 17 qolun vurulduğu matçlarda aşağıdakı nəticələr qeydə alınıb:

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

18 fevral

21:45. “Qarabağ” (Azərbaycan) 1:6 “Nyukasl” (İngiltərə)

İspaniya Konqresində niqab qadağası rədd edildi

Konqresdə səsvermə və nəticə

İspaniya Deputatlar Konqresi ictimai məkanlarda niqab və üzü tam örtən örtüklərin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməyib. Təklif ifrat sağçı Vox partiyası tərəfindən irəli sürülmüşdü.

Çərşənbə axşamı keçirilən səsvermədə layihə 170 lehinə səsə qarşı 177 əleyhinə səs və bir bitərəf səslə geri qaytarılıb. Qanun təşəbbüsünü Xalq Partiyası (PP) və Vox dəstəkləsə də, bu, sənədin qəbul olunması üçün kifayət etməyib.

Dindarlıq azalır, yoxsa dəyişir?

Cəmiyyətdə və xüsusilə gənclər arasında dindarlığın səviyyəsini qiymətləndirmək üçün əvvəlcə “dindarlıq” anlayışının sərhədləri dəqiq müəyyənləşdirilməlidir. Din yalnız zahiri davranışlardan ibarət deyil, həm də əsas etiqadi inancları, daxili mənəvi keyfiyyətləri və bu inanclardan qaynaqlanan fərdi və ictimai davranışları əhatə edir.

Bu gün Mübarək Ramazan ayının ilk günüdür

Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf etdi.

Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür. Tövsiyə edilib ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın.

Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə, Ramazan bayramının tarixi isə Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək.

"Yadımda qalan odur ki, mənə dörd qandal vurub, çarpayıya bağlayıb döyməyə başladılar”

Həbsdə olan ilahiyyatçı Mansur Vəlişovun zorakılığa məruz qaldığı bildirilir. Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

M.Vəlişov hazırda Umbakı Penitensiar Kompleksində saxlanılır. Yaxınları deyir ki, o, ailə üzvləri ilə telefon əlaqəsi zamanı başına gələnləri danışıb.

Polis zorakılığı videosuna şərh yazan vətəndaşlar kütləvi olaraq inzibati məsuliyyətə cəlb edilir

Fevralın 5-də polis zorakılığı ilə bağlı sosial şəbəkələrdə və yerli mətbuatda yayılan video ölkədə geniş müzakirələrə səbəb olub. Görüntülərdə polis əməkdaşlarının “qazi” kimi təqdim olunan şəxsə fiziki güc tətbiq etdiyi iddia edilirdi.