16 February 2026

İsrailin Livana hava hücumları nəticəsində 4 mülki şəxs ölüb

Livan mediası bazar günü axşamı İsrail rejiminə məxsus döyüş təyyarələrinin həyata keçirdiyi hava hücumunda dörd nəfərin öldüyünü bildirir.

Xəbərə görə, hücum birbaşa havadan həyata keçirilib və hadisədə dörd nəfər ölüb.

Bu arada, Livan mediası əvvəllər sərhəd xəttində yerləşən Hula şəhərində İsrailə məxsus pilotsuz təyyarənin düşdüyünü bildirmişdi.

Pakistanın diqqəti İmran Xanın azadlığa buraxılması tələbinə yönəlib

Pakistanın keçmiş baş naziri İmran Xan sağlamlıq vəziyyətini əsas gətirərək həbsxanadan azadlığa buraxılması üçün prosedura başlayıb.

Pakistanın keçmiş baş naziri İmran Xan sağlamlıq vəziyyətini əsas gətirərək həbsxanadan azadlığa buraxılması üçün prosedura başlayıb. Bloomberg-in məlumatına görə, Xan, xüsusən də sağ gözündə görmə itkisinin irəliləməsini əsas gətirərək azadlığa buraxılmasını tələb edir.

"Sabah" qələbə qazandı

Misli Premyer Liqasının XX turunda lider "Sabah" səfərdə "Qəbələ"ni məğlub edib.

Qəbələ şəhər stadionunda keçirilən turun son oyununda qonaqlar 1:0 hesablı qələbə qazanıblar.

"Bayquşlar"ın heyətində 54-cü dəqiqədə Xəyal Əliyev fərqlənib.

Bakı klubu 49 xalla turnir cədvəlində vahid liderdir. 14 xalı olan "Qəbələ" isə 10-cu sırada qərarlaşıb.

Ramazan ayı nə vaxt başlayır?

İslam dünyası üçün ən vacib aylardan biri olan Ramazana sayılı günlər qalıb. Bəs Ramazan nə vaxt başlayır?

İslam dünyasının böyük həyəcanla gözlədiyi On bir ayın sultanı Ramazan üçün geri sayım başlayıb.

Azərbaycan, Türkiyə, Sinqapur və Oman Ramazanın 19 fevral Cümə axşamı günü başlayacağını açıqlayıblar.

 

Hilalın görünməsi son müəyyənedici olacaq

Səddamın qızı Colani və Tramp... İraqa qarşı yeni bir sui-qəsd planı

"ABŞ-ın İraq qanunlarının təsdiqinə müdaxiləsi xoş və ya məqbul bir davranış deyil. Terrorizmin məğlub edilməsində həlledici rol oynayan bir təhlükəsizlik qurumuna hücum qarşısında sükut saxlanıla bilməz"

Siyasi fəallar Colani rejiminin Səddamın qızı ilə birlikdə İraqa qarşı birgə sui-qəsd həyata keçirdiyini bildirsələr də, ABŞ prezidenti İraqda baş nazirin seçilməsi ilə bağlı bir daha müdaxiləçi mövqe tutaraq bir daha sual doğurur: "Xaricilər İraq və onun xalqı üçün hansı planı qururlar?!"

Qəzza Səhiyyə Nazirliyi: 20.000-dən çox xəstə müalicəsini gözləyir

Qəzza Səhiyyə Nazirliyi müalicə üçün xaricə səyahət etməyi gözləyən xəstələrin və yaralıların sayının 20.000-i keçdiyini açıqlayıb. Nazirlik Rəfah sərhəd keçid məntəqəsinin daimi və müntəzəm olaraq açılmasına çağırır.

Bəyanatda gözləyənlər arasında xərçəng, ürək xəstəliyi, böyrək çatışmazlığı və ağır xəsarətlər kimi kritik halların olduğu qeyd edilir.

Əfqanıstan ABŞ-nin İrana mümkün hücumunda Tehranı müdafiə edəcəyini açıqlayıb

“Taliban” hərəkatının sözçüsü Zabihullah Mücahid ABŞ-nin İrana mümkün hücumu halında Əfqanıstanın yeni hakimiyyətinin Tehranı müdafiə edəcəyini açıqlayıb.

Onun sözlərinə görə, hərəkat işğala qarşı mübarizədə mümkün bütün vasitələrlə – o cümlədən hərbi yardım göstərməyə hazırdır.

Üç şahmatçımız yarımfinala yüksəldi

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ikinci partiyaları keçirilib.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov cavab görüşündə Əhməd Əhmədzadə ilə heç-heçə oynayıb. İki partiyanın yekun nəticəsinə əsasən, 1,5:0,5 hesabı ilə qalib gələn Ş.Məmmədyarov yarımfinala vəsiqə qazanıb.