15 February 2026

Şeyx Mahir Hammud: İranın güc mənbəyi onun böyük liderliyindədir

Dünya Müqavimət Alimləri Birliyinin rəhbəri Şeyx Mahir Hammud bölgədəki son hadisələr, xüsusən də Amerika-Sionist düşmənin İrana qarşı təhdidləri və sui-qəsdləri ilə bağlı verdiyi açıqlamada İran İslam Respublikasının yüksək səviyyəli təhlükəsizlik təcrübəsinə malik olduğunu və bu sahədə digər ölkələri üstələdiyini bildirib.

İsrail Cənubi Livana hava zərbələri endirdi

Cəzzin bölgəsində zərbələr

Sionist rejim qüvvələri şənbə axşamı Cənubi Livanın müxtəlif ərazilərinə hava hücumları təşkil edib. Məlumata görə, Cəzzin qəzasında Bəsliya və Məlih qəsəbələrinin ətrafı, eləcə də Reyhan yüksəklikləri hədəfə alınıb.

Həmin bölgədə Cəbur yüksəklikləri və Səcd qəsəbəsinin kənarında yerləşən daş karxanasının da vurulduğu bildirilir.

“Neftçi” “Kəpəz”ə, “Araz-Naxçıvan” “Sumqayıt”a qalib gəldi

Misli Premyer Liqasında XX turun növbəti iki oyunu keçirilib.

Günün ilk matçında “Neftçi” səfərdə “Kəpəz”ə 3:1 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə “Araz-Naxçıvan” “Sumqayıt”ı minimal hesabla məğlub edib - 1:0.

Bu nəticələrdən sonra 30 xala malik üç komandadan “Neftçi” 5-ci, “Sumqayıt” 6-cı, “Araz-Naxçıvan” 7-cidir. “Kəpəz” isə 13 xalla 11-ci sırada qərarlaşıb.

İran sanksiyaların ləğvi şərti ilə kompromisə hazırdır

ABŞ sanksiyaların ləğvini müzakirə etməyə razılaşsa, İran nüvə sazişi bağlamaq üçün kompromisə hazırdır.

Bunu İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi BBC-yə müsahibəsində bildirib.

Məcid Taxt-Ravançi İranın 2015-ci ildəki nüvə sazişi çərçivəsində edildiyi kimi, 400 kq-dan çox yüksək zənginləşdirilmiş uranı ölkədən çıxarmağa razılaşıb-razılaşmayacağı sualına da cavab verib: "Danışıqlar zamanı nə baş verəcəyini söyləmək hələ tezdir".

Ehud Barak Epşteynlə bağlı layihələrdə iştirak etmədiyini desə də…

Keçmiş İsrail lideri Ehud Barak Ceffri Epşteynin yetkinlik yaşına çatmayan qızlara cinsi istismar iddialarında iştirak etmədiyini söyləsə də, əlaqələrini inkar edə bilmir.

Keçmiş İsrail Baş naziri Ehud Barak Ceffri Epşteynlə uzun illər davam edən dostluğuna görə üzr istədi, bu dostluqlara müntəzəm yazışmalar və Manhettendəki mənzilinə və şəxsi adasına baş çəkmək də daxil idi.

Nəcəf şəhəri nə üçün “Nəcəf” adlandırılıb

Heç düşünmüsünüz mü, görəsən, nə üçün İraqın Nəcəf şəhəri məhz “Nəcəf” olaraq adlandırılır.

İmam Əlinin (ə) mübarək ziyarətgahının olduğu bu şəhərin adı barədə məlumatı təqdim edirik.

“Nəcəf” sözü, hərfi olaraq, ətrafında su yığılsa da, onun hüdudlarından yuxarı qalxmayan hündür və düzbucaqlı əraziyə deyilir.

Ukraynanın ticarət kəsiri 44 milyard dolları ötüb

2025-ci ildə ölkənin mənfi xarici ticarət balansı 44 milyard dolları ötüb.

Bu barədə Ukraynanın Dövlət Gömrük Xidmətinin məlumatında bildirilib.

Məlumata əsasən, ötən il ərzində xarici ticarət dövriyyəsi 125,1 milyard dollar təşkil edib.

Bu dövrdə ölkəyə 84,8 milyard dollar dəyərində mal idxal olunub, ixrac isə 40,3 milyard dollar təşkil edib.

Azərbaycanlı idmançı MMA üzrə 3-cü qələbəsini qazandı

Batumidə GFC üzrə (Georgian Fighting Championship) və "Grand Bellagio Championship" turniri keçirilib.

Bu çempionatda iki azərbaycanlı idmançı mübarizə aparıb.

Gecənin ən maraqlı görüşü Gürcüstanda yaşayan, Azərbaycanı və Gürcüstanı beynəlxalq arenalarda uğurla təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, professor ləqəbli Alim Nəbiyev ilə braziliyalı Jaime Souza arasında olub. Bu görüş iştirakçılara həyəcanlı anlar yaşadıb.

İsrail Qəzzaya növbəti hava zərbəsi endirib, 8 nəfər ölüb

İsrail Ordusunun gecə saatlarında Qəzzaya endirdiyi hava zərbələri nəticəsində 8 nəfər ölüb.

Bu barədə Fələstin KİV-ləri məlumat yayıb.

Məlumatlara görə, Qəzzanın cənubundakı Xan-Yunis bölgəsində endirilən zərbə nəticəsində dörd nəfər həyatını itirib. Daha dörd nəfər isə sektorun şimalında, Cəbəliyyə yaxınlığında endirilən zərbə nəticəsində ölüb.