10 February 2026
Hindistan şirkəti Azərbaycandan mayeləşdirilmiş təbii qaz (LNG) almaq istəyir.
Azərbaycan quru sərhədləri açılır? Bakı - Tehran danışıqları gündəmdə
Bakı–Tehran xəttində quru sərhəd müzakirələri
Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bu dəfə diqqət mərkəzində Bakı ilə Tehran arasında quru sərhəd boyunca sərnişin daşımalarının mümkün bərpası dayanır.
ABŞ-ın Fars körfəzindəki İranla bağlı xəbərdarlıq edib
ABŞ Nəqliyyat Nazirliyi Amerika gəmilərindən İranın ərazi sularından uzaq durmalarını göstəriş edən bir bəyanat yayıb.
ABŞ Nəqliyyat Nazirliyi təhlükəsizlik xəbərdarlığı edərək ABŞ-a məxsus ticarət gəmilərinə Hörmüz boğazı və Oman körfəzindən keçərkən İranın ərazi sularından mümkün qədər uzaq durmalarını tövsiyə edib.
AXCP Abşeron rayon şöbəsinin sədri Əhməd Əhmədov həbs edilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron rayon şöbəsinin sədri Əhməd Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Əhmədov qızını döyməkdə təqsirləndirilir. Bu barədə məlumatı Meydan TV-yə partiyadan təsdiqləyiblər.
Onların sözlərinə görə, qızı Əhmədovu şikayət etsə də, sonradan Abşeron Rayon Polis şöbəsinə gedərək şikayətini geri götürüb.
Bir neçə cəbhə və bir hədəf: İSLAM
İlkin cücərtilər bu gün çoxşaxəli hücumlarla Azərbaycanda İslama qarşı bir cəbhə formalaşdırıb. Hakimiyyətin maraqları çərçivəsində həyata keçirilən bu layihə artıq bütün hədləri aşmaqdadır.
Nigeriyanın şimalına silahlı hücum-ölənlər var, keşiş oğurlanıb
Kaduna ştatında silahlı hücum baş verib
Nigeriyanın şimalında yerləşən Kaduna ştatında silahlı şəxslər tərəfindən həyata keçirilən hücum nəticəsində bir neçə nəfər həyatını itirib, katolik keşişi və başqa şəxslər isə qaçırılıb. Polis və kilsə mənbələrinin “Reuters” agentliyinə verdiyi məlumata görə, hadisə şənbə günü ştatın Kaura rayonunda bir din xadiminin evinə edilən silahlı basqın zamanı baş verib.
Ayətullah Xamenei televiziya ilə xalqa müraciət etdi
İslam İnqilabının qələbəsinin 47-ci ildönümü və “22 Bəhmən günü” ərəfəsində İran İslam İnqilabın Rəhbəri Ayətullah Seyid Əli Xamenei İran xalqına televiziya müraciəti ilə çıxış edib.
Ayətullah Xamenei müraciətində 22 Bəhmən yürüşünün İran xalqının iradə, birlik və möhkəmliyinin nümayişi olduğunu bildirib. O vurğulayıb ki, milli güc hərbi texnikadan daha çox xalqın iradəsi və müqaviməti ilə formalaşır.
Rusiyada ən yaxşı Quran oxuyan qızlar Saratovda müəyyən edildi
Saratovda V Ümumrusiya Quran oxuyan qızlar müsabiqəsinin final mərhələsi başa çatıb. Tədbir şəhərin Mərkəzi Cümə (Sobornaya) məscidində keçirilib, bunu «Region 64» nəşri bildirib.
ABŞ İranla razılaşmaq istəyir
ABŞ prezidenti Donald Tramp İranla qarşılıqlı məqbul bir razılaşma üzərində işləyir.
Bunu ABŞ vitse-prezidenti Cey Di Vens bunu İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə amerikalı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Prezident hər iki tərəf üçün məqbul olan bir razılaşma üzərində səylə çalışır. Əgər İran tərəfi razılaşarsa, danışıqlarda yaxşı bir nəticəyə gələcəyik", - deyə vitse-prezident bildirib.
"Kəpəz" cari mövsümdə ilk dəfə heç-heçə etdi
Futbol üzrə Türkiyə Superliqasında XXI tura yekun vurulub.
Son oyun günündə 3 oyun keçirilib.
Çempionluğa iddialı "Fənərbağça" öz meydanında "Gənclərbirliyi"ni məğlub edib - 3:1.
Digər matçlarda "Kocaelispor" səfərdə "Kayserispor"a, "Qaziantep" isə evdə "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəlib.
ABŞ senatorları Vensi Fərid Mehralızadəyə azadlıq tələb etməyə çağırırlar
ABŞ-nin iki demokrat senatoru vitse-prezident Cey Di Vensin Bakıya səfəri öncəsi ona həbsdə olan jurnalistlərlə bağlı çağırış edib. Senatorlar Vensi AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadəni və "Amerikanın Səsi"nin keçmiş əməkdaşı Ülviyyə Əlinin azadlığa çıxmasını tələb etməyə çağırır.
"Toplum TV işi"ndə hakim: "Siz özünüzü şagird kimi aparmalısınız"
Fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər və vəkilləri bir sıra vəsatətlər qaldırıblar.
Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov istintaq dövründə müsadirə olunmuş telefonların məhkəməyə gətirilməsini tələb edib.
Meksika Kubaya neft tədarükünü dayandırıb
Meksika ABŞ tərəfindən ticarət rüsumlarının tətbiqi təhlükəsi səbəbindən Kubaya neft tədarükünü müvəqqəti dayandırıb, lakin humanitar yardımı davam etdirəcək.
Bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında bildirib.
Prezidentin sözlərinə görə, hazırda neftin ixracı dayandırılıb və məqsəd Meksika üçün mümkün mənfi nəticələrin qarşısını almaqdır.
ABŞ vitse-prezidenti Paşinyanla görüşüb: nüvə enerjisi, dronlar və regional sülh müzakirə olunub
Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistan Respublikası hökuməti ilə ABŞ hökuməti arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş üzrə danışıqların başa çatdığını təsdiqləyən Birgə Bəyanat imzalayıblar.













