07 November 2024

"Beşiktaş" UEFA Avropa Liqasında qələbə qazandı

Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasında qələbə qazanıb.

Operativtv Unikal-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İsveçin "Malmö" kollektivinə 2:1 hesabı ilə qalib gəlib.

"Ağ-qaralar"ın heyətində 76-cı dəqiqədə Ernest Muci, 9 dəqiqə sonra isə Semih Kılıçsoy fərqlənib.

"Malmö"nün yeganə qoluna isə 90+5-ci dəqiqədə Soren Rieks imza atıb.

Şeyx Nəim Qasim: Elə edəcəyik ki, sionistlər raket və pilotsuz təyyarələrimizin əlindən fəryad edəcəklər

Livan Hizbullahının yeni baş katibi Seyid Həsən Nəsrullahın 40 mərasimindəki çıxışında deyib: Benyamin Netanyahunun məqsədi Livanı işğal etmək və Hizbullahı məhv etməkdir; Biz raketlərimiz və pilotsuz təyyarələrimiz ilə sionistləri qışqırmağa və fəryad etməyə vadar edəcəyik.