04 February 2024

Hizbullahın İsrail mövqelərinə davamlı hücumu

Livan Hizbullah Hərəkatı İsrailə qarşı hücumlarla bağlı bəyanat verib. O, son 24 saat ərzində işğalçı İsrail sərhədində hərbi mövqelərə 7 hücum təşkil edildiyini açıqlayıb.

Açıqlamada Hirbe Maar hərbi bazası, Ramsa, Smaka hərbi mövqeyi, Even Menahem və Yiron qəsəbələri və Təl Kubraya raket və müvafiq silahlarla hücum edildiyi bildirilib.

Smaka mövqeyinin də iki dəfə hədəfə alındığı qeyd edilib.

Ağ Ev İsrailə yardıma qarşı çıxıb

Vaşinqton administrasiyası ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukraynaya dəstək üçün əlavə vəsait ayırmadan İsrailə 17,6 milyard dollar yardım nəzərdə tutan qanun layihəsinə baxılmasının əleyhinədir.

Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin dərc olunmuş yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, İsrailin təhlükəsizliyi müqəddəs olmalı və siyasi oyuna çevrilməməlidir:

Həniyyə ilə Türkiyə Kəşfiyyatının rəhbəri arasında Qəzzadakı hadisələrlə bağlı müzakirə aparılıb

Xəbər mənbələri fevralın 3-də axşam saatlarında bildiriblər ki, HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə Türkiyə Kəşfiyyat Təşkilatının rəhbəri ilə görüşüb və Qəzzada baş verən son hadisələri müzakirə edib.

Cüdoçumuz gümüş medal qazandı

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb. 24 yaşlı idmançı yarışda ikinci yeri tutub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, mübarizəyə 1/32 finaldan başlayan Tçkayev bütün rəqiblərini məğlub edərək finala qədər irəliləməyi bacarıb. Həlledici görüşdə belçikalı Mattias Kasseyə uduzub.

Azərbaycan üzərindən daşınan tranzit yükləri 80 faiz artılb

Son illərdə Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi 80 faizədək artıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin hesabatında bildirilir.

Belə ki, 2023-cü ildə Azərbaycan dəmir yolları ilə 18 milyon tondan çox ümumi yük, 7 milyon tona yaxın tranzit yükü daşınıb.

ADY-i bildirir ki, Şimal-Cənub dəhlizi üzrə Astara (İran) terminalının tikinti işlərinin 60 faizi uğurla tamamlanıb.

Təl-Əvivdə növbəti etiraz aksiyası baş tutub

İsrail ordusunun Qəzzada törətdiyi qırğınlar oktyabrın 7-dən bu yana davam edir. Soyqırımda mühakimə olunan İsrailin baş naziri Benyamin Netanyahu beynəlxalq ictimaiyyətdə dəstəyini itirdikcə, Təl-Əviv küçələrində istefa səsləri yüksəlir.

Təl-Əvivdə toplaşan çoxlu sayda yəhudi Benyamin Netanyahu hökumətinin istefası, humanitar fəlakətin dərinləşdiyi blokadada olan Qəzza zolağına hücumların dayandırılması, atəşkəs və erkən seçkilərin keçirilməsi tələbi ilə müharibə əleyhinə etiraz aksiyası keçirib.

İstanbulda konsulluğumuz önündə Azərbaycan neftinin İsrailə tədarükü əleyhinə aksiya keçirilib

Türkiyənin İstanbuldakı Azərbaycan Baş Konsulluğunun qarşısında Azərbaycan neftinin İsrailə tədarükünə qarşı aksiya keçirilib. Etiraz aksiyasını “Fələstin üçün 1000 gənc” təşkil edib. İştirakçılar Bakını soyqırımın iştirakçısı olaraq göstərən şüarlar səsləndirib və plakatlar qaldırıblar. Aksiya iştirakçıları Azərbaycan nefti ilə Fələstində İsrailin soyqrım törətmək üçün istifadə etməsini hiddətlə qarşılayıblar. Bundan əlavə onlar Türkiyə dövlətini də qınayaraq onun İsrailə neftin çatdırılmasında vasitəçilik roluna görə onu qınayıblar.