Həniyyə ilə Türkiyə Kəşfiyyatının rəhbəri arasında Qəzzadakı hadisələrlə bağlı müzakirə aparılıb

Xəbər mənbələri fevralın 3-də axşam saatlarında bildiriblər ki, HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə Türkiyə Kəşfiyyat Təşkilatının rəhbəri ilə görüşüb və Qəzzada baş verən son hadisələri müzakirə edib.

Operativtv.com İRNA-ya istinadən verdiyi məlumata görə, HƏMAS Siyasi Ofisinin rəhbəri Həniyyə bu hərəkatın nümayəndə heyəti ilə birlikdə Qətərin paytaxtı Dohada Türkiyə Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla görüşüb.
Bu xəbərə əsasən, görüşdə tərəflər Qəzzada mövcud vəziyyət, müharibəni dayandırmaq, bu zolağın blokadasını aradan qaldırmaq yolları, humanitar yardımın bölgəyə daxil olması, Qəzza əhalisnin əsas ehtiyacları, sionist rejimlə əsirlərin mübadiləsi üçün aparılan danışıqlarla bağlı son hadisələri müzakirə edib və fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin paytaxtı Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasının regionda sabitlik və sülhün əsası olduğunu vurğulayıblar.