İraq Xarici İşlər Nazirliyi ABŞ-ın müvəqqəti işlər vəkilinə etiraz notası göndərib.

İraq Xarici İşlər Nazirliyindən verilən açıqlamada ABŞ-ın Bağdaddakı səfirliyinin müvəqqəti işlər vəkilinin nazirliyə çağırıldığı və 16 nəfərin ölümünə səbəb olan ABŞ hücumları ilə bağlı etiraz notası verildiyi bildirilib.

Bəyanatda, “Fevralın 3-də ABŞ-ın Bağdaddakı səfirliyinin müvəqqəti işlər vəkili David Berker Xarici İşlər Nazirliyinə çağırılıb. “Müvəqqəti işlər vəkilinə Amerikanın İraq təhlükəsizlik qüvvələrinə və İraq ərazisinin Akaşat və Əl-Qaim bölgələrində mülki hədəflərə hücumlarını pisləyən rəsmi etiraz notası verilib” - deyə məlumatda bildirilir.

Bəyanatda həmçinin vurğulanıb ki, İraq öz ərazisinin döyüşən tərəflər arasında çəkişmə meydanı kimi istifadəsinə icazə verməyəcək.