"Bir həftədir qaz yoxdur, uşaqlar kolbasa yeyirlər" - Video

Azərbaycanda qış mövsümü başlayır. Hələ payız fəsli olsa da, artıq qışın nəfəsi duyulur. Bu fəslin adı gələndə isə əhalinin həyat və məişət şəraitində müəyyən problemlərin yaranması yada düşür. Ölkə ərazisində havaların kəskin şəkildə dəyişməsi qaz, işıq və istilik qıtlığının yaranmasına səbəb olur. 

Rakurs.tv mövzu ilə bağlı Bakı sakinlərinə belə bir suallar ünvanlayıb: Qış ayları yaxınlaşır. Qaz və ya istilik sistemi sizi qane edirmi?

Bu sahədəki şikayətlərinizi qurumlar ciddi nəzarətə götürürmü?