Basketbol yığmamız Avropa çempionatının yarımfinalına yüksəlib

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, on altı yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Andorrada keçirilən Avropa çempionatının C Divizionunda yarımfinala yüksəlib.

Məlumata əsasən, yığma B qrupundakı son oyununda yerli komandanı məğlub edərək buna nail olub.

Gərgin keçən görüşdə 69:64 hesablı qələbə qazanan Azərbaycan seçməsi qrupu birinci pillədə başa vurub.

Qızlar yarımfinalda Gürcüstan komandası ilə qarşılaşacaqlar. İyulun 22-də baş tutacaq matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.