Bakıda trosu qırılan lift şaxtaya düşüb: 2-si azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.
 
Report-un məlumatına görə, hadisə Əhmədli qəsəbəsində, Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb.
 
Belə ki, çoxmərtəbəli yaşayış binasında trosu qırılan lift şaxtaya düşüb. 
 
Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Hər üç şəxs döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 
 
Hadisə nəticəsində xəsarət alan şəxslər bunlardır: 20 yaşlı Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16 yaşlı adı hələ məlum olmayan oğlan.
 
1 saylı Mərkəzi Klinik Xəstəxanadan Qaynarinfo-ya verilən məlumata görə isə dünən xəstəxanaya sözügedən hadisə ilə əlaqədar təxminən 10 yaşlarında 2 uşaq gətirilib və vəziyyətləri yaxşı olduğu üçün amblator müalicədən sonra evlərinə buraxılıb.