Azərbaycanlı siyasi mühacirlər Almaniyanın Nürnberq şəhərində aksiya keçirib

Almaniyada yaşayan bir qrup siyasi mühacir avqustun 1-də Nürnberq şəhərində Azərbaycandakı siyasi motivli həbslərlə bağlı etiraz aksiyası keçirib.

Aksiyanın təşkilatçılarından Elşən Tamrazov bildirib ki, onlar Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) Nürnberq şəhərindəki mərkəzi ofisinin və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Nürnberq ofisinin önündə toplaşaraq Azərbaycandakı repressiyalara etirazlarını bildiriblər.

“Biz siyasi fəaliyyətinə, haqqı dediklərinə görə günahsız yerə şərlənərək həbs edilən Tofiq Yaqubluya və jurnalistlər başda olmaqla bütün siyasi məhbuslara azadlıq tələb etdik”, aksiya iştirakçılarından Elbəyi Dadaşov qeyd edib.

Aksiya iştirakçıları Azərbaycanda həbs edilən jurnalistlərin və fəalların şəkli əks olunan plakatlar qaldırıb, “Siyasi məhbuslara azadlıq”, “Diktaturaya son” kimi şüarlar səsləndiriblər.

 

AmerikanınSəsi