Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçdə Quranın yandırılmasını pisləyib.
Bu barədə XİN-in Twitter hesabında paylaşım edilib.
Paylaşımda XİN İsveç hakimiyyətini cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və nifrət zəminində bu cür cinayətlərin təkrarlanmasının qarşısını almağa çağırıb.
İyunun 28-də İsveçin paytaxtı Stokholmun mərkəzində, məscidin yanında İraqdan olan 37-yaşlı mühacir Salvan Momika "Quran" kitabını yandırıb.
İsveç polisinin bu aksiyanı qadağan etmək cəhdlərinə baxmayaraq, İsveç məhkəməsi aksiyaya icazə verib.
Bu hadisə müsəlman dünyasında qəzəblə qarşılanıb. İraqda İsveç səfirliyi yandırılıb, İraq İsveçin səfirini ölkədən çıxarıb.
İsveçdə Quranın ikinci dəfə yandırılmasının planlaşdırıldığı bildirilir.
Azərbaycan XİN Quranın yandırılmasını pisləyir