Azərbaycan millisi Qazaxıstanı məğlub etdi

Futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Məlumata əsasən, Qazaxıstanla üz-üzə gələn Arif Əsədovun rəhbərlik etdiyi yığmamız 3:2 hesabı ilə qələbə qazanıb.

Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda baş tutan qarşılaşmaya aktiv başlayan rəqib komanda 2-ci dəqiqədə Yan Voroqovskiylə hesabı açıb. 28-ci dəqiqədə Maksim Samorodov növbəti dəfə millimizin qapısına yol tapıb.