“Azimuth” aviaşirkətinə Rusiya ilə Gürcüstan arasında uçuşlar həyata keçirməyə icazə verildi

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Gürcüstan Mülki Aviasiya Agentliyi Rusiyanın “Azimuth” Hava Yolları şirkətinə iki ölkə arasında uçuşlar həyata keçirməyə icazə verib.

Bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, “Azimuth” Hava Yolları şirkətinin müraciəti agentlik tərəfindən ətraflı araşdırılıb və məlum olub ki, “Azimut” Avropa İttifaqının “qara siyahı”sında deyil və ona qarşı sanksiya tətbiq edilmir.

“Azimut” aviaşirkətinin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi uçuş ərizəsinə uyğun olaraq, Moskva-Tbilisi-Moskva hava xətti ilə uçuşlar həyata keçirməyə icazə verilib.

Şirkət mayın 17-dən başlayaraq Moskva-Tbilisi-Moskva istiqamətində uçuşlar həyata keçirəcək.