AZAL-ın uçuşu 12 saat ləngiyib

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) iyulun 30-da saat 13:20-də, "J2 076” reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi təxminən 12 saat gec yola düşüb. 
 
Bu barədə "Report.az" məlumat verib.
 
Məlumata görə, buna səbəb təyyarənin pəncərəsinin sınması olub. 
 
Son nəticədə avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. 
 
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski "Report”a faktı təsdiq edib.