Ayətullah Xamenei: Hacc düşmənlərə qorxu, müsəlmanlara isə güvən verir

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin 2024-cü il Hacc müraciətinin bir hissəsi dərc olunub.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dünya müsəlmanlarına ünvanladığı mühüm mesajın bir hissəsi Hacc mərasiminin başlanması və zəvvarların Məkkədə bir araya gəlişi zamanı dərc olunub.

Mesajda bildirilib:

“Bu böyük toplantı və həcc nəzərə alınarsa, müsəlmanlar üçün təhlükəsizlik və əmin-amanlıq yaradır, düşmənlər üçün isə qorxu yaradır”.

“Müşriklərdən bəraət” mərasiminə toxunulan mesajda deyilib:

“Builki bəraət mərasimi Hacc mövsümündən sonra, dünyanın müxtəlif ölkələrində müsəlmanların yaşadığı ölkə və şəhərlərdə davam etdirilməlidir”.

Ayətullah Xameneinin 2024-cü il Hacc ziyarəti üçün göndərdiyi mesajda bildirib:

“Qardaşlarım, fikir və əməllərinizi Haccin həqiqətlərinə və parlaq təlimlərinə yaxınlaşdırın və ülvi məfhumlarla eyniləşdirilən yeni şəxsiyyəti evlərinizə qaytarın. Bu, sizin Həcc ziyarətinizin qiymətli, həqiqi xatirəsi olacaq”.