Ayətullah Xamenei Belarus prezidentini qəbul edib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei rəsmi səfəri çərçivəsində Tehranda olan Belarus prezidenti Aleksandr Lukaşenko və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Görüşdə İran prezidenti Seyid İbrahim Rəisi də iştirak edib. Rəis bu gün səhər Tehranın Səadət Abad sarayında belaruslu həmkarı Lukaşenkonu rəsmi mərasimlə qarşılayıb.

Aleksandr Lukaşenko iki günlük rəsmi səfər çərçivəsində dünən axşam saatlarında Tehrana gəlib. Lukaşenkonu Mehrabad hava limanında İranın sənaye, mədən və ticarət naziri Seyid Rza Fatemi Əmin qarşılayıb.

Lukaşenkonun Tehrana səfəri zamanı İranın birinci vitse-prezidenti Məhəmməd Muhbir və parlamentin sədri Məhəmməd Baqir Qalibafla görüşləri gözlənilir.