Ayətullah Seyid Əli Xamenei Quran qariləri və fəallarının iştirakı ilə keçirilən "Quranla ünsiyyət" məclisinə qatılıb

Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei dünən günün ikinci yarısında bir sıra görkəmli Quran qariləri və fəallarının iştirakı ilə keçirilən "Quranla ünsiyyət" məclisindəki çıxışında Quranın nurlu məfhumları və mövzularını məclis iştirakçılarına çatdırmaq üçün Quran tilavəti məclislərini ayələrin tərcüməsi və təfsirilə birgə təşkilini zəruri hesab edib.
Operativtv.com Maide.Az-a istinadən xəbər verir ki, Ali Rəhbər Quran mütəxəssisləri və fəallarını bu mühüm məsələnin üsullarını tapmağa çağırıb.
Ayətullah Xamenei İranın bir çox görkəmli Quran qarilərinin və gözəl qiraət üsullarına bələd olanların varlığı ilə bağlı nemətinə görə Uca Allaha şükrünü bildirdi.
O, Quran oxuyanları Allahın risalətinin insanların qəlbinə çatdırılması ilə əlaqədar mühüm və şərəfli bir vəzifə hesab edərək əlavə etdi: "Qurana qulaq asmaq və dinləmək insana vacib bir əməl, Allaha iman və Allahın rəhmətini əldə etmək üçün bir zəmindir ki, bu da ilahi ayələr üzərində təfəkkür etməyə imkan verir. Buna görə də Quranı oxumaqda və dinləməkdə ciddi olmaq lazımdır.
Ali Rəhbər bununla bağlı ictimaiyyətə hər gün bir səhifə belə Quran oxumağı tövsiyə edib.
Ayətullah Xamenei İran xalqının və dinləyicilərinin Quran dili ilə tanış olmamasını Quran məfhumlarını anlamaqda maneə hesab edərək bildirib: "Quran ekspertləri və fəalları bunun üçün yollar tapmalıdırlar ki, ayələrin dərin mövzuları qiraət dinləyənlərin qulağına çatsın.
O, qeyd edib ki, bütün məscidlər Quran tilavəti, Quran dinləmək və oxunan ayələrin təfsiri üçün bazaya çevrilməlidir.
Ayətullah Xamenei Qurani-Kərimi hikmət, ibrət və həyat kitabı adlanırıb. "Qurani-Kərim bütün şəxsi, ailəvi, ictimai, dövlət və hətta beynəlxalq münasibətlər sahələrində hikmətlə doludur ki, onlar öyrənilməli və ciddi şəkildə tətbiq olunmalıdır. Xoşbəxtlikdən bu iş üçün bu gün lazım olan bütün infrastrukturlar mövcuddur."
Ali Rəhbər qiraətçilərə “təsirli qiraət” etməyi də tövsiyə edib və deyib: Bəzi qiraətlərdə məqsəd nəğmədir və bəzi zahiri qiraətçilərin qiraətində göründüyü kimi, onlar əsasən qiraət çalarlarını və üsullarını dinləyicilərinə nümayiş etdirməyə çalışırlar.
Ayətullah Xamenei Quran tilavətində bəzi üsullardan düzgün və mötədil istifadənin dinləyicilərə təsirli olduğunu bildirib və Quran tilavətinin böyük sənət olduğunu vurğulayaraq qarilərə müraciət edib: " Nəzərə alın ki, siz bunu hansı tonda oxusanız da, onun dinləyiciyə təsirli olacağını düşünün."
Bu mərasimin sonunda ali rəhbərin imamlığı ilə məğrib və işa namazları qılındı.