Ayətullah Nuri Həmədani: Almaniya hökuməti səhv qərarını dərhal yenidən nəzərdən keçirməlidir

Ayətullah Nuri Həmədani Almaniyadakı İslam Mərkəzi və əlaqədar qurumların bağlanmasını pisləyib.  “Almaniya hökuməti ekstremistlərin, din və azadlıq düşmənlərinin xeyrinə olan bu yanlış qərarla bağlı tez bir zamanda hərəkətə keçməlidir. Almaniya qanuni prosedurlara və hətta həmin ölkənin qanunlarına zidd olaraq verdiyi qərarına yenidən baxmasını gözləyirəm” söyləyib. Bu barədə yayılmış bəyanatda deyilir:

“Rəhman və Rəhim olan Allahın adı ilə!

Uca Allah öz kitabında buyurur: “Allahın adının Onun məscidlərində zikr edilməsinə mane olan və onları dağıtmağa çalışandan daha zalım kim ola bilər?” (Bəqərə surəsi, ayə 114)

Almaniyadakı İslam Mərkəzinin və ona bağlı mərkəz və qurumların Almaniya hökuməti tərəfindən saxta bəhanələrlə bağlanması din və mənəviyyatın, sülhün, azadlığın, təhlükəsizliyin, fədakarlığın və bəşəriyyətə xidmətin təbliği sahəsində 70 illik fəaliyyəti ilə məni və bütün dindarları, azad insanları və həqiqi insan haqları və dini etiqad azadlığının tərəfdarlarını çox narahat edib.

Bu mərkəz böyük şiə təqlidi və mərhum Ayətullah Burucerdinin xatirəsidir.

Bu mədəniyyətə böyük zülm və müsəlmanların müqəddəs dəyərlərinin pozulmasıdır. Bu, ədaləti, azadlığı, mənəviyyat və insan hüquqlarını müdafiə edən bütün insanların hüquqlarına hücumdur.

Mən Almaniya hökumətinin dinə və insan haqlarına zidd hərəkətini qətiyyətlə pisləyirəm və Almaniya hökumətindən ekstremistlərin, din və azadlıq düşmənlərinin xeyrinə olan bu yanlış, hüquqi prosedurlara və hətta həmin ölkənin qanunlarına zidd olan qərarla bağlı təcili tədbir görməsini və buna yenidən baxılmasını gözləyirəm. Digər tərəfdən, bütün dünyada dini və məzhəb mərkəzləri, beynəlxalq dairələr və qlobal insan haqları mərkəzləri Almaniyadakı məzlum müsəlmanlarla həmrəylik nümayiş etdirib onlara dəstək verərək bu anti-insani davranışına qarşı durmalıdırlar.”