Avropa çempionatı: Şamil bürünc, Kotsoev gümüş medal qazanıb

Operativtv Az.shafaqna-ya istinadən verdiyi xəbərə görə, Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.

Məlumata əsasən, Aslan Kotsoyev (90 kq) finalda Serbiya təmsilçisi Milyan Raduljla ilə üz-üzə gəlib.

Rəqibinə uduzan təmsilçimiz gümüş mükafatla kifayətlənib.

Eyni çəkidəki Tuncay Şamil italiyalı Henri Ovusuya qalib gələrək bürünc medal qazanıb.