Alimpaşa Məmmədovun həbs cəzası azaldılıb

Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun növbəti Apellyasiya məhkəməsi keçirilib.

Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim son qərar verib.

Qərara əsasən, apellyasiya qismən təmin edilib, A.Məmmədovun həbs cəzası 10 il 6 aya endirilib.

Bundan başqa, məhkəmənin qərarı ilə A.Məmmədova məxsus olduğu bildirilən və bir müddət əvvəl üzərindən həbs götürülən "Abad Şəmkir" MMC-nin üzərinə yenidən həbs qoyulub.

Qeyd edək ki, Alimpaşa Məmmədova Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 11 il 6 ay həbs qərarı verilib.

 

Report.az