Bu ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilmiş iqtisadçı Fazil Qasımovun mayın 10-dan saxlandığı Umbakı penitensiar kompleksində aclıq aksiyasına başladığı bildirilir.
Ailəsinin mətbuata verdiyi məlumatlara görə, o, aksiyasını kompleksdə hüquqlarının pozulmasına etiraz əlaməti olaraq keçirir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətinə mayın 21-də baxış zamanı Qasımov aclıq aksiyasına görə cərimə təcridxanasına ( “kars” və ya “karser”– red.) salındığını, yalnız aclığı dayandıracağı təqdirdə karserdən çıxarılacağını deyib.
“Tribunat” həbs edilmiş şəxsin aclıq aksiyası etdiyinə görə cərimə təcridxanasına keçirilməsinin qanunauyğunluğunu araşdırıb.
Araşdırmanı təqdim edirik:
Yerli qanunvericiliyə əsasən, cərimə təcridxanası istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində saxlanılan məhbusların və həbs edilən şəxslərin yerləşdirilməsi üçün nəzərdə tutulan məkandır.
Penitensiar qanunvericilik cərimə təcridxanasına salınmağı tənbeh tədbiri kimi nəzərdə tutur.
Kişilər üçün istintaq təcridxanalarında bu müddət 7 günədək, Cəzaların İcrası Məcəlləsinə əsasən isə cəzaçəkmə müəssisələrində və həbsxanalarda 15 günədək məhdudlaşır.
Həbs yerlərinin daxili intizam Qaydalarına əsasən, bu cür tənbeh tədbiri penitensiar müəssisəsinin rəisi və ya onu əvəz edən şəxsin əsaslandırılmış qərarı ilə tətbiq olunur. Cəzaların İcrası Məcəlləsinin 110-cu maddəsinə əsasən isə məhkumun cəzaçəkmə müəssisəsində olduğu halda cərimə təcridxanasında saxlanılması müddəti bir il ərzində 60 gündən çox ola bilməz.
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 40-cı maddəsi həbs edilmiş şəxslərin cərimə təcridxanasına yerləşdirilməsini yalnız aşağıdakı hallarda müstəsna tədbir kimi tətbiq edilməsini tənzimləyir:
- əvvəllər barəsində müəyyən edilmiş tənbeh tədbirləri bir il ərzində azı iki dəfə tətbiq edilmiş şəxs yenidən Daxili intizam qaydalarını pozduqda;
- həbs edilmiş şəxs həbs yerinin işçilərinin qanuni tələblərinə tabe olmadıqda və ya onları hədələdikdə;
- həbs edilmiş şəxs xidməti vəzifələrini yerinə yetirən digər şəxsləri hədələdikdə;
- həbs edilmiş şəxs digər həbs edilmiş şəxsləri hədələdikdə;
- xırda xuliqanlıq əməli törədildikdə.
Fazil Qasımovun qanunun istinad edilən normasının tələblərini pozması barədə hər hansı məlumat yoxdur. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və iqtisadçının saxlandığı Umbakı penitensiar kompleksin rəhbərliyi onun Bakı Apellyasiya Məhkəməsində dedikləri ilə bağlı hər hansı təkzib və yaxud da cərimə təcridxanasına salınmasının qanuni əsasları barədə açıqlama verməyib.
Həbs edilmiş şəxsin yemək qəbul etməkdən imtina isə qanunun 40-cı maddəsində sadalanan 5 əsasın heç birinə uyğun gəlmir və ümumiyyətlə rejim pozuntusu hesab edilmir.
Ədliyyə Nazirliyinin “Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında” Təlimat (bundan sonra Təlimat) aclıq edən məhkum və yaxud da həbs edilmiş şəxsin cərimə təcridxanasına yerləşdirilməsini nəzərdə tutmur.
Təlimatın 2.8-ci bəndi yemək qəbulundan imtina edən şəxslərin digər şəxslərdən təcrid edilməsini, səhhətindən asılı olaraq cəzaçəkmə müəssisəsinin, istintaq təcridxanasının tibb sanitariya hissəsinə keçirilərək ayrıca palatada saxlanılmasını və ya ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrində - təcrid otaqlarında, xüsusi rejimli cəzaçəkmə müəssisələrində və həbsxanada isə digər məhkumlardan təcrid edilməklə kamerada tək saxlanılmasını tənzimləyir.
Yəni, Təlimatın tələbinə əsasən iqtisadçı aclıq aksiyasına görə Umbakı kompleksində cərimə təcridxanasına yox, tibbi sanitariya hissəsinə keçirilməli və həkim nəzarəti ilə təmin olunmalıydı.
Təlimatın istinad edilən bəndindəki “təcrid otağı” isə heç bir halda cərimə təcridxanasını ehtiva etmir.
Diqqətçəkən digər məsələ Qasımovun cərimə təcridxanasında yerləşdirilməsinin müddəti ilə əlaqədardır. Mediada gedən məlumatlar onun mayın 21-də cərimə təcridxanasına salındığını göstərir. 4 iyun 2025-ci ildə apellyasiya məhkəməsində növbəti iclas zamanı iqtisadçının hələ də cərimə təcridxanasında saxlandığı bəlli olub. Belə olan halda isə, həbs edilmiş şəxs kimi onun cərimə təcridxanasında saxlanmasının maksimum 7 günlük müddəti pozulub.
F.Qasımovun sözlərinə istinad etsək, cərimə təcridxanasına yerləşdirilmə onu yemək qəbul etməkdən imtinadan çəkindirmək üçün olduğundan, bu müddət daha da uzanmaqla pozuntunun davamlı xarakter almasına gətirib çıxara bilər.
Cərimə təcridxanalarına yerləşdirilmə həbs edilmiş şəxs və məhkum üçün bəzi məhdudiyyətləri ehtiva edir. Yuxarıda qeyd edilmiş qanun və qaydalara əsasən, bəzi məişət və gigiyena əşyalarını çıxmaq şərtilə, ərzaq və şəxsi əşyalarını cərimə təcridxanasına götürmək qadağandır. Cərimə təcridxanasına yerləşdirilmiş həbs edilmiş şəxsin bağlama, sovqat və banderol alması, stolüstü oyunlar oynaması, televiziya proqramlarına baxması qadağandır, gəzinti hüququ isə 2 saatdan 1 saata endirilir və s.
Lakin bu göstərişlərdən daha sərt məhdudiyyət və məhrumiyyətlər həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən vurğulanır. İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (bundan sonra CPT) Azərbaycana dair sonuncu - 2022-ci ilə aid olan hesabatında ümumilikdə cərimə təcridxanalarında vəziyyətin “adekvat” olduğunu bildirsə də, müvafiq qurumların özünə zərər vurmaq istəyən şəxsləri cərimə təcridxanasına yerləşdirmək praktikasını qınayıb. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun 2023-cü ilə aid hesabatında isə cərimə təcridxanalarının ziyarəti nəticəsində sanitariya-gigiyena qaydalarının pozulması, maddi-məişət təminatının qənaətbəxş olmaması, sıxlıq, kiçik rejim pozuntularına görə tənbeh tədbiri kimi cərimə təcridxanlarına yerləşdirilmə kimi hallar vurğulanıb.
Yerli mediada yayılan xəbərlər isə cərimə təcridxanalarının daha acınacaqlı təsvirini bölüşür; həbs edilmiş şəxslər və məhkumlar cərimə təcridxanalarında davamlı pis rəftara məruz qalırlar, siyasi məhbuslar isə fəaliyyətlərindən doğan səbəblərdən qeyri-ixtiyari uzunmüddətli cərimə təcridxanalarına yerləşdirilirlər.
Yuxarıda deyilənləri nəzərə alaraq, Fazil Qasımovun yemək qəbulundan imtinadan çəkindirmək üçün cərimə təcridxanasına yerləşdirilməsi Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan işgəncələrin qadağan olunması (3-cü maddə) hüququnu pozur.
Avropa İnsan Hüquqları Məhkəməsi məhbusun yerləşdirilmə şəratinin qeyri-qənaətbəxş olduğu işığında eyni nəticəyə İnsanov Azərbaycana qarşı və Əliyev Azərbaycana qarşı işlərində gəlib.
CPT 2005-ci ildə ad hoc səfəri çərçivəsində yuxarıda adıçəkilən və hazırda qüvvədə olan Təlimatın sələfi olan 2004-cü ildə qəbul edilmiş oxşar sənədin qəbulunu pozitiv addım kimi qiymətləndirsə də, aclıq aksiyalarına cəza müstəvisindən deyil, “terapevtik” müstəvidən yanaşmağı vurğulayıb.
Ancaq hətta bu Təlimat belə iqtisadçının aclıq aksiyasına görə cərimə təcridxanasına keçirilməsini qadağan etsə belə, üzərindən uzun müddət keçməsinə baxmayaraq, Penitensiar Xidmət rəsmilərinin bu cür etiraz üsuluna mənfi yanaşmasının daha bir nümunəsini Qasımovun nümunəsində müşahidə etmək mümkündür.
“Tribunat”ın gəldiyi qənaətə görə, həbs yerlərində və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin yemək qəbul etməkdən imtinası penitensiar qurumlar üçün bir sıra öhdəliklər yaradır.
Həmin öhdəliklərə digər şəxslərdən təcrid edilərək ayrı saxlanma, gündəlik həkim nəzarəti ilə təmin olunma və s.-dir.
Aclıq aksiyasına görə həbs edilmiş şəxsin və məhkumun cərimə təcridxanasına yerləşdirilməsi yerli qanunvericiliklə nəzərdə tutulmayıb.
Fazil Qasımovun mayın 21-də Umbakı penitensiar kompleksdə cərimə təcridxanasına salınması və onun oradan aclığı dayandıracağı şərti ilə çıxarılacağı qanunsuzdur.
Cərimə təcridxanalarında hökm sürən ağır şərait, iqtisadçının orada 7 günlük maksimal müddətdən artıq saxlanılması və bu prosesin hazırda da davam etməsi onun işgəncəyə, alçaldıcı və pis rəftara məruz qalmamaq hüququnun pozuntusunu yaradır.
Aclıq edən məhbusun “kars”a salınması qanunidirmi? - “Tribunat” araşdırıb