"Abzas Media" nəşrinin həbsdə olan jurnalistlərinin ailə üzvləri ilə görüşünə və zənglərinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.
Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə vəkil Şəhla Hümbətova fevralın 20-də sosial media hesabında yazıb.
"Abzas işində ailə üzvləri ilə görüşə və zənglərə qoyulmuş məhdudiyyət götürülüb", - deyə o bildirib.
“Abzas Media”nın təsisçisi Ülvi Həsənli ötən il noyabrın 20-dən, yəni həbs olunduğu gündən yaxınları ilə telefonla əlaqə saxlamamışdı, ona ailə üzvləri ilə görüşə qadağa qoyulmuşdu. Bildirilirdi ki, qadağa eyni cinayət işi üzrə digər həbs olunmuş digər jurnalistlərə də şamil olunub.
Vəkillərin sözlərinə görə, qadağa istintaq orqanı - Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən qoyulub. Məhkəmələr də həmin qadağanı qüvvədə saxlayıb.
Bununla belə, vəkillər qeyd edirdilər ki, qadağa nə məhkəmələrin qərarlarında, nə də istintaq tərəfindən əsaslandırılmır. Onların sözlərinə görə, sözügedən qadağalar əsassızdır və həbs olunan jurnalistlərin hüquqlarının pozulmasıdır.
Qeyd edək ki, ötən ilin noyabr-yanvar aylarında “Abzas Media”nın altı jurnalisti və mətbuat işçisi həbs olunub. Onlar Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi üzrə ittiham olunurlar. Jurnalistlər ittihamlarla razılaşmır və həbslərinin siyasi sifariş olduğunu bildirirlər.
"Abzas işi": Jurnalistlərin ailə üzvləri ilə görüşünə qoyulmuş məhdudiyyət götürülüb