Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyindən alınan məlumata görə; Aprelin 17-də axşam saatlarında Yəmənin Ənsarullah hərəkatının nəzarətində olan Hudeydə sahilindəki Ras İsa neft terminalına ABŞ tərəfindən həyata keçirilən hücumda qəlpə parçaları türk şirkətinə məxsus yanacaq daşıyan gəmiyə də dəyib.
Gəmiyə ciddi ziyan dəyməsə də, hücumdan sonra limanı tərk etmək istəyən gəmiyə limana nəzarət edən qrup icazə verməyib.
Vəziyyəti öyrəndikdən sonra Xarici İşlər Nazirliyi və Türkiyənin Sənadakı səfirliyi lazımi təşəbbüslərə başlayıb.
Bildirilib ki, gəmidə olan 26 ekipaj üzvündən 4-ü, o cümlədən kapitan Türkiyə vətəndaşı, digər 22 nəfər isə Hindistan vətəndaşı olub, ekipaj üzvlərinin hamısının vəziyyəti yaxşıdır.
ABŞ-ın Yəmənə hücumunda türk gəmisi də zədələnib