ABŞ-ın Koniko bazasına ikinci raket hücumu

Media mənbələri yanvarın 22-də günorta saatlarında Suriyanın şərqindəki işğalçı Amerika bazasına növbəti raket hücumu barədə məlumat yayıb.

Operativtv.com İRNA-ya istinadən verdiyi xəbərə görə, İraq mediasıları bununla bağlı bildirib ki, Suriyanın şərqindəki Koniko qaz yatağındakı ABŞ işğalçılarına aid qeyri-qanuni bazası son bir saatda ikinci dəfə raket hücumuna məruz qalıb.
Bir neçə dəqiqə əvvəl də İraq islami müqaviməti bölgədəki qeyri-qanuni Amerika bazalarına hücumlarının davamında Koniko qaz yatağı bazasını hədəf alıb.