ABŞ: İranla bağlı hərbi seçim masa üzərindədir

“Nüvə sazişi ilə bağlı iki tərəf arasında diplomatik səylər və danışıqlar yolu uğursuz olarsa, İranla bağlı hərbi seçim masada olacaq.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli BBC-yə verdiyi müsahibədə deyib.

“Son iki il ərzində problemlərin qalmasına baxmayaraq, ABŞ rəhbərliyinin İran rejimini dəyişdirmək istiqamətində olmadığını" söyləyən R.Melli İranla bağlı diplomatiyanın ən yaxşı həll yolu olduğunu bildirib.

"Biz İranla dolayı danışıqları bərpa etməyə hazırıq, lakin İranın nüvə proqramını məhdudlaşdırmaq üçün başqa addımlar atmaqdan da çəkinməyəcəyik. Çünki İran atom bombasının istehsalı üçün zənginləşdirilmiş urana sahib olmağa çox yaxındır", deyə ABŞ rəsmisi əlavə edib.