Abel Məhərrəmovun yerinə o gətirildi – Foto

Noyabr ayının 16-sı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov prezident İlham Əlyevin sərəncamına əsasən vəzfəsindən azad edilib.

Hazırda rektor vəzifəsini müvəqqəti olaraq professor Əmrah Dadaşov icra edir.

Əhmrah Dadaşov 1967-ci ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında, 1968-ci ildən isə universitetin Tarix fakültəsi Ümumi tarix kafedrasında laborant, 1981-ci ildən indiyədək isə Qədim dünya və orta əsrlər tarixi kafedrasında işləyib, kafedranın professorudur Qədim Şərq və Antik tarix fənlərini tədris edib, 100-dən çox məqalənin, 3 monoqrafiyanın, üç kitabın müəllifidir. 

Rektorluq tərəfindən BDU-nun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 9 dəfə təşəkkür alıb.

Minval.info