Abbas Hüseyn 11 saylı müəssisəyə köçürülüb

Siyasi məhbus Abbas Hüseyn iyunun 8-də Umbakı, qapalı ciddi rejimdən 11-saylı müəssisəyə köçürülüb. 

2023-cü ilin iyununda 7-saylı cəzaçəkmə müəssisəsində rejim qaydalarının dəfələrlə pozma iddiası ilə məhkəmə önünə çıxarılan siyasi məhbus 1 il müddətinə ciddi-qapalı rejim cəzası almışdı.

Öncə Qobustan qapalı ciddi rejimli həbsxanaya köçürülən Abbas Hüseyn sonradan Umbakıya köçürülərək bir illik cəza dövrünü burada keçirməli olmuşdu.

İyunun 8-də Abbas Hüseynin cəzası bitərək yenidən ciddi, ümumi rejimli həbsxanaya, 11-saylı müəssisəyə köçürülüb. Karantinə alınan siyasi məhbusun iyunun 10-dan müəssisəyə buraxılacağı gözlənilir. 

Xatırladaq ki, Abbas Hüseyn 2015-ci il 26 noyabr Nardaran hadisələri zamanı saxlanılıb. Saxlanılan zaman böyrəyindən güllə yarası alan inanclı istintaq dövrü də daxil olmaqla həbsxana həyatında amansız işgəncələrə məruz qalır. Həbs həyatı üçün amansız işgəncə olaraq o, 3 gün ərzində çarmıxa çəkilərək həbsxanada dəmir barmaqlıqlardan belə asılır.

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Abbas Hüseyn 25 yanvar 2017-ci ildə 20 il müddətinə azadlıqdan məhrum edilib.