8 yaşlı qız hafizi-Quran oldu

8 yaşlı qız Qurani-Kərimi tam şəkildə əzbər bilir.

Mariyə Əsləm 6 yaşından etibarən başlayaraq 2 il ərzində Quranı bütöv hifz edib.

Xatırladaq ki, müsəlmanların müqəddəs kitabında 114 surə, 6 236 ayə, 77 449 min söz, 333 015 hərf var. Bütün bunları əzbər bilən şəxslərə isə hafizi-Quran (Quran hafizi) deyilir.